İdman
Mbappe korrupsiya işi üzrə polisə ifadə verib? - 60 min avro iddiası
“Real Madrid”in ulduz futbolçusu Kilian Mbappenin Fransa futbolunda korrupsiya iddiaları ilə bağlı aparılan araşdırma çərçivəsində polis tərəfindən dindirildiyi bildirilir.
Publika.az xəbər verir ki, Fransanın “L’Équipe” nəşrinin məlumatına görə, araşdırma birbaşa Mbappeyə qarşı deyil, Fransa millisinin uzun illər təhlükəsizlik xidmətinin rəhbəri olmuş Məhəmməd “Momo” Sanhadji ilə bağlıdır. O, 2004–2026-cı illərdə bu vəzifəni icra edib.
Məlumata əsasən, Mbappenin sentyabrın 30-da istintaq çərçivəsində ifadəsi alınıb. Sanhadji müxtəlif iddialarla üzləşib. Onun viza müraciətlərinin təsdiqlənməsi prosesində nüfuzundan istifadə etdiyi, Mbappenin Kameruna şəxsi səfəri zamanı onu müşayiət etdiyi və dövlət qulluqçusu statusunu saxladığı halda futbolçunun təhlükəsizliyini təmin etdiyi iddia olunur.
Bundan başqa, Mbappenin 2023-cü ildə Sanhadjiyə 60 min avrodan çox pul ödədiyi də irəli sürülür. Nəşrin yazdığına görə, Sanhadji ev alqı-satqısını maliyyələşdirmək məqsədilə bir sıra Fransa millisinin futbolçularından şəxsi borc da alıb.
Araşdırma çərçivəsində sabiq “Bavariya” futbolçusu Frank Riberinin də adı hallanır. Onun Sanhadjiyə Siciliyada istirahət hədiyyə etdiyi üçün istintaq materiallarında yer aldığı bildirilir.
Qeyd edək ki, bütün bunlar mətbuatda yayılan iddialardır və araşdırmanın Mbappeyə qarşı aparıldığı anlamına gəlmir.
-
Ekopublika.az05:45“Nvidia” rəhbərinin 162 milyard dollarlıq sərvəti gündəmdə - Tarixin ən bahalı boşanması baş verəcək?
-
Qoroskop01:20Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün yeni həyat başlayır
-
Dünya00:27Türkiyədə zavodda partlayış: ölənlərin sayı artdı - Yeniləndi
-
Avropa9 Noyabr 23:55700 supermarketə hücumun arxasında İran dayanır - Fransadan ittiham
-
Elm və təhsil9 Noyabr 23:05Abituriyentlər iki fəndən imtahan verəcək? - Ekspertdən AÇIQLAMA
-
Region9 Noyabr 21:00Ərdoğan zavoddakı partlayışın ağır nəticələrini açıqladı - 16 nəfər öldü
-
Nida Xəbər 9 Noyabr 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika9 Noyabr 14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi






.webp)









.jpg)






.jpg)




.jpg)




