İdman
“Tanrıların və despotların taleyini yaşayacaq” - Ronaldoya sərt ittiham
Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo ilə baş məşqçi Jorje Jezuş arasında yaranan gərginlik yeni mübahisələrə səbəb olub. Jezuşun vəkili Luis Enrike futbolçuya sərt tənqidlər yönəldərək onun davranışlarının azarkeşlərin yaddaşında yaratdığı müsbət imicə zərər vurduğunu bildirib.
Publika.az xəbər verir ki, Enrike “Tribuna”ya açıqlamasında “Əl-Nəsr”in ulduzunu bəzi statistik göstəricilərə həddindən artıq önəm verməkdə və onu tənqid edə biləcək insanlardan uzaqlaşmaqda ittiham edib.
“Kristiano Ronaldo davranışları, münasibəti və bəzi rəqəmlərə olan bağlılığı ilə heç bir rəqibinin bacarmadığı bir şeyə nail olur: bizə bəxş etdiyi bütün yaxşılıqları xatırlamaq qabiliyyətimizi zəiflədir”, – deyə vəkil bildirib.
O əlavə edib ki, Ronaldo getdikcə ətrafına yalnız eşitmək istədiyi sözləri deyən insanları toplayır, ona eşitməli olduğu həqiqətləri söyləyənlərdən isə uzaqlaşır.
Enrike fikirlərini daha sərt ifadələrlə davam etdirib: “Tanrıların və despotların taleyi belədir. Sonda onlar Olimpdə güzgülərlə əhatə olunmuş halda tamamilə tək qalırlar”.
Vəkil həmçinin Portuqaliyanın “Record” qəzetində yazmağı dayandırmasının səbəbini açıqlayıb. Onun sözlərinə görə, Ronaldo nəşrin sahibi olan “Medialivre” şirkətində böyük paya malikdir. Enrike futbolçu ilə Jezuş arasında yaranmış münaqişə fonunda həmin şirkətlə əməkdaşlığı davam etdirməyi və ondan qonorar almağı düzgün hesab etməyib.
“Maliyyə müstəqilliyi olmadan fikir müstəqilliyi də yoxdur. Hakimiyyət haqqında fikir bildirənlər tənqid etdikləri hakimiyyətdən asılı olmamalıdırlar”, – deyə o vurğulayıb.
Enrike əlavə edib ki, onun fikrincə, azadlıq yalnız heç bir bədəl tələb etmədikdə fürsətçiliyə çevrilir və özü heç vaxt fürsətçilik naminə yazmayıb.
Xatırladaq ki, Ronaldo ilə Jezuş arasındakı mübahisənin UEFA Millətlər Liqasında Norveçlə oyun zamanı başladığı bildirilir. Ronaldo özünün fiziki vəziyyətinə görə oyuna cəlb olunması ilə bağlı baş məşqçi ilə əvvəlcədən razılaşmanın olduğunu iddia edib. Onun sözlərinə görə, ikinci hissədə isinməyə çağırılması, daha sonra isə meydana buraxılmaması həmin razılaşmaya zidd olub.
Gərginlik Ronaldonun Danimarka ilə oyun öncəsi milli komandanın düşərgəsini tərk etməsindən sonra daha da artıb. Futbolçu sonrakı açıqlamalarında Jezuşu verdiyi sözə əməl etməməkdə günahlandırıb və mümkün cəzanı qəbul etməyə hazır olduğunu bildirib.
Hadisələrdən sonra Portuqaliya Futbol Federasiyasının Ronaldo ilə bağlı intizam prosesi başlatdığı və futbolçunun müvəqqəti olaraq cəzalandırıldığı qeyd olunur.
-
İqtisadi gündəm04:44Azərbaycan dövlət borcunun ödənilməsinə bu qədər pul xərcləyəcək
-
Dünya01:11Keçmiş partiya lideri 15 il müddətinə həbs edildi
-
İqtisadi gündəm00:45Yaxın 4 ildə Qarabağ və Şərqi Zəngəzura görün nə qədər xərclənəcək...
-
Qoroskop00:15Günün ULDUZ FALI - Hesablanmış risklər böyük dividendlər gətirə bilər
-
Magazin115 Oktyabr 23:48Elza başına quş yumurtası qoydu
-
Magazin115 Oktyabr 23:00Vüsalədən bacısı ilə bağlı paylaşım - FOTO
-
Yaxın Şərq15 Oktyabr 22:36Raketlə vurulan prezident sarayından kimlər sağ çıxıb? - Baş nazir və...
-
İdman15 Oktyabr 21:36Mourinyo 16 il əvvəlki “pişik” əhvalatını yenidən gündəmə gətirdi




































