İdman
Şenol Güneş yenidən Türkiyə millisində?
Türkiyə milli futbol komandasının yeni baş məşqçisinin kim olacağı ilə bağlı qeyri-müəyyənlik davam edir. İtaliyalı mütəxəssis Vinçenso Montella ilə yolların ayrılmasından sonra əsas namizədlərdən biri hesab edilən Arda Turanın açıqlamalarından sonra diqqət yenidən Şenol Güneşə yönəlib.
Publika.az xəbər verir ki, “Sabah” nəşrinin məlumatına görə, Türkiyə Futbol Federasiyasının (TFF) rəhbərliyi ötən cümə günü İstanbula gələn Arda Turanla görüşərək ona rəsmi təklif edib. Lakin Turanın son açıqlamalarından sonra federasiyanın digər namizədləri nəzərdən keçirməyə başladığı bildirilir.
Məlumata əsasən, Arda Turan yerli mütəxəssislər arasında yeganə namizəd olub. İndi isə TFF-nin əcnəbi məşqçilər üzərində daha çox dayanacağı gözlənilir. Digər ehtimal isə noyabrda Millətlər Liqası çərçivəsində Belçika və Fransa ilə keçiriləcək oyunlara müvəqqəti yerli baş məşqçinin rəhbərliyi altında çıxmaqdır.
Nəşrin yazdığına görə, federasiyanın nəzərdən keçirdiyi variantlardan biri də 74 yaşlı Şenol Güneşdir. Əgər Millətlər Liqasının oyunlarına qədər yeni baş məşqçi ilə bağlı konkret qərar verilməsə, Türkiyə millisinin qarşıdakı iki matçda müvəqqəti çalışdırıcının rəhbərliyi altında meydana çıxması mümkündür.
Şenol Güneş daha əvvəl iki ayrı dövrdə Türkiyə millisinin baş məşqçisi olub. O, 2000–2004-cü illərdə komandanı çalışdırıb, 50 oyunda orta hesabla 1,64 xal qazanıb və millini dünya çempionatının üçüncülüyünə yüksəldib. Təcrübəli mütəxəssis 2019–2021-ci illərdə də yığmaya rəhbərlik edib, bu müddətdə 32 oyunda komandanın başında olub və Türkiyə Avropa çempionatında iştirak edib.
Güneş son olaraq “Trabzonspor”un baş məşqçisi vəzifəsində çalışıb. O, 2025-ci ilin martında klubdan ayrılıb.
-
Ekopublika.az05:45“Nvidia” rəhbərinin 162 milyard dollarlıq sərvəti gündəmdə - Tarixin ən bahalı boşanması baş verəcək?
-
Qoroskop01:20Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün yeni həyat başlayır
-
Dünya00:27Türkiyədə zavodda partlayış: ölənlərin sayı artdı - Yeniləndi
-
Avropa9 Noyabr 23:55700 supermarketə hücumun arxasında İran dayanır - Fransadan ittiham
-
Elm və təhsil9 Noyabr 23:05Abituriyentlər iki fəndən imtahan verəcək? - Ekspertdən AÇIQLAMA
-
Region9 Noyabr 21:00Ərdoğan zavoddakı partlayışın ağır nəticələrini açıqladı - 16 nəfər öldü
-
Nida Xəbər 9 Noyabr 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika9 Noyabr 14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi






.webp)









.jpg)






.jpg)




.jpg)




