İdman
Arda Güler “Real Madrid”də qalır – 2031-ci ilə qədər yeni müqavilə
Türkiyəli futbolçu Arda Güler “Real Madrid”də qalmaq qərarına gəlib.
Publika.az “TEAMtalk”ın məlumatına görə, 21 yaşlı yarımmüdafiəçi Madrid klubu ilə müqaviləsini 2031-ci ilə qədər uzatmaq barədə razılığa gəlib. Bununla da futbolçunun “Arsenal” və “Mançester Siti”yə mümkün transferi ilə bağlı yayılan xəbərlərə son qoyulub.
Gülerə Premyer Liqa klublarının marağı son dövrlərdə artıb. Xüsusilə “Arsenal” və “Mançester Siti”nin onun vəziyyətini yaxından izlədiyi bildirilib.
Türkiyəli futbolçunun komandada əsas heyətdəki yeri hər matç üçün təmin olunmasa da, o, meydana çıxdığı görüşlərdə özünü göstərməyi bacarıb. “Roma” ilə qarşılaşmada sonradan oyuna daxil olan Güler iki məhsuldar ötürmə edərək komandasının 1:3 hesabından geri dönüb 4:3 qalib gəlməsində mühüm rol oynayıb.
Bildirilib ki, klub prezidenti Florentino Peres də Gülerə böyük dəstək verir. Bu amilin futbolçunun “Real Madrid”də uzunmüddətli gələcəyinə dair qərarında mühüm rol oynadığı qeyd olunur.
-
Nida Xəbər 12:32Azərbaycan Prezidenti: Ermənistanın etirafına görə, onların ordusunda 12 minə yaxın fərari oldu
-
Nida Xəbər 12:26Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - Video(Yeniləndi)
-
Nida Xəbər 12:23Prezident: Biz qurub-yaradan xalqıq!
-
Nida Xəbər 11:45Zəfərdən Böyük Qayıdışa: Qarabağda həyat yenidən canlanır
-
Səhiyyə11:27Vətən müharibəsi iştirakçılarına 879 min 232 ambulator xidmət göstərilib
-
Müsahibə10:33Zəfərdən sonra Azərbaycanın qarşısında açılan yeni imkanlar: Qarabağın aqrar potensialı...
-
Region10:25Türkiyə XİN Azərbaycanı təbrik etdi
-
Nida Xəbər 09:51Dövlət və hökumət rəsmiləri Zəfər Tağı abidəsini ziyarət etdilər


































.jpg)

