İdman
“Qarabağ” – “Neftçi” matçı ilə bağlı azarkeşlərə müraciət
Misli Premyer Liqasının 8-ci turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Neftçi” qarşılaşmasını yerindən izləmək istəyən “Neftçi” azarkeşlərinə Tofiq Bəhramov adına Respublika stadionunun 21, 22 və 23-cü sektorlarında 3130 bilet ayrılıb.
Publika.az xəbər verir ki, "Neftçi"nin mətbuat xidməti bununla bağlı məlumat yayıb:
"21, 22 və 23-cü sektorlara daxil olmaq istəyən “Neftçi” azarkeşlərindən oktyabrın 17-si saat 17.00-da sözügedən arenanın “B” girişinə yaxınlaşmaları xahiş olunur. Stadiona giriş yalnız xüsusi QR kodla aparıldığına görə 30 klub əməkdaşı və 50-yə yaxın “Neftçi” könüllüsü azarkeşlərimizin sektorlara rahat keçməsi və oyunu tribunadan izləməsi üçün bütün texniki məsələləri həll edəcək. Oyun günü Tofiq Bəhramov adına Respublika stadionun “B” girişində biletin səni gözləyir!
Matçı 25, 26, 27 və 28-ci sektorlarda “Forza Neftçi” Azad Azarkeş Qrupu ilə birgə izləmək istəyənlər üçün isə biletlərin əldə edilməsi prosesi “Palms Sports Arena”nın kassalarında davam edir. Oyun günü saat 17.00-dan etibarən xüsusi ekspres avtobuslar biletli azarkeşlərin “Palms Sports Arena”dan Tofiq Bəhramov adına Respublika stadionuna daşınmasını həyata keçirəcək. Tribunada yerini al, 90 illiyimizdə yanımızda ol!".
Qeyd edək ki, "Qarabağ" - "Neftçi" oyunu sabah keçiriləcək və görüşə 19:00-da start veriləcək.
-
Ekopublika.az05:45“Nvidia” rəhbərinin 162 milyard dollarlıq sərvəti gündəmdə - Tarixin ən bahalı boşanması baş verəcək?
-
Qoroskop01:20Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün yeni həyat başlayır
-
Dünya00:27Türkiyədə zavodda partlayış: ölənlərin sayı artdı - Yeniləndi
-
Avropa9 Noyabr 23:55700 supermarketə hücumun arxasında İran dayanır - Fransadan ittiham
-
Elm və təhsil9 Noyabr 23:05Abituriyentlər iki fəndən imtahan verəcək? - Ekspertdən AÇIQLAMA
-
Region9 Noyabr 21:00Ərdoğan zavoddakı partlayışın ağır nəticələrini açıqladı - 16 nəfər öldü
-
Nida Xəbər 9 Noyabr 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika9 Noyabr 14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi
















.jpg)






.jpg)




.jpg)




