İdman
“Mançester Siti” ilə gizli görüşlər qalmaqal yaratdı - Baş nazir araşdırma tələb etdi
Böyük Britaniyanın baş naziri Endi Börnhamın “Mançester Siti” rəhbərliyi və klubun Əbu-Dabidən olan sahibləri ilə əlaqələri geniş araşdırmaya səbəb olub. Qalmaqal görüşlərlə bağlı bəzi məlumatların rəsmi qeydlərdən çıxarılması barədə iddialardan sonra böyüyüb.
Publika.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, Börnham bütün əvvəlki görüşlərinin qeydlərinin ətraflı şəkildə əl ilə yoxlanılmasını tələb edib. Bu qərar onun klub rəsmiləri ilə yalnız bir mühüm görüş keçirdiyi barədə əvvəlki açıqlamasının sual altına düşməsindən sonra verilib.
Araşdırma zamanı Börnhamın Mançester meri olduğu dövrdə, 2017 və 2018-ci illərdə klubun prezidenti Xaldun Əl Mübarəklə iki dəfə şam yeməyində iştirak etdiyi üzə çıxıb. İddialara görə, həmin görüşlər rəsmi ictimai qeydlərdə əks olunmayıb.
“The Sun” Börnhamın “Mançester Siti”nin yüksək vəzifəli nümayəndələri ilə ən azı beş başqa görüşünün də olduğunu yazıb. Bunlardan biri 2018-ci ilin sentyabrında Çinin Şençjen şəhərində keçirilib. Həmin vaxt Börnham “City Football Group”un ofisinin açılışı ilə əlaqədar tədbirdə iştirak edib, həmçinin qrupun nümayəndələrinin qatıldığı iki saatlıq nahar görüşünə qatılıb.
Məlumata görə, səfərin 4 796 funt sterlinq məbləğində olan aviabilet, otel və digər xərclərini Mançesterlə Çin arasında əlaqələri inkişaf etdirməyə çalışan “Manchester China Forum” qarşılayıb.
Börnham 2019-cu ildə “Mançester Siti”nin ev stadionunda Vensan Kompaninin vida oyununu izləyərkən də klub prezidenti Xaldun Əl Mübarəklə birlikdə görüntülənib. 2021-ci ildə isə o, Britaniya hökumətinin Qlobal İnvestisiya Sammiti çərçivəsində klub rəhbəri ilə görüşüb.
Sonrakı illərdə də Börnhamın klubla əlaqəli şəxslərlə müxtəlif tədbirlərdə görüşdüyü bildirilir. Bunlara 2023-cü ildə Mançesterdəki Co-op Live arenasının tikintisinin başa çatması münasibətilə təşkil edilən tədbir və 2025-ci ildə həmin məkanda keçirilən mərasim daxildir.
Börnham bütün məlumatların daha ətraflı yoxlanılmasını tələb etdiyini və ictimaiyyətə mümkün qədər geniş məlumat təqdim edilməsinin vacib olduğunu bildirib.
“İstəyirəm ki, hər şey daha ətraflı şəkildə əl ilə yoxlanılsın. Mümkün olan bütün məlumatların hamı üçün əlçatan olmasını istəyirəm. Bu məsələdə heç bir şübhəyə yer qalmamalı, tam şəffaflıq təmin edilməlidir”, – o deyib.
Müxalifətin nümayəndəsi Lui Frenc isə baş nazirin parlament qarşısında “Mançester Siti” ilə bütün əlaqələrini açıqlayacağına söz verdiyini, lakin bunun baş vermədiyini iddia edib. O, Börnhamdan üzr istəməsini tələb edib.
Qeyd edək ki, “Mançester Siti” İngiltərə Premyer Liqasının maliyyə qaydalarının 100-dən çox pozuntusunda ittiham olunması ilə bağlı ayrıca araşdırma və mübahisələrin mərkəzindədir. Börnhamın klubun Əbu-Dabidən olan sahiblərinin mümkün ayrılması ilə bağlı narahatlığını ifadə etməsi də tənqidlərə səbəb olub.
-
Ekopublika.az05:45“Nvidia” rəhbərinin 162 milyard dollarlıq sərvəti gündəmdə - Tarixin ən bahalı boşanması baş verəcək?
-
Qoroskop01:20Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün yeni həyat başlayır
-
Dünya00:27Türkiyədə zavodda partlayış: ölənlərin sayı artdı - Yeniləndi
-
Avropa9 Noyabr 23:55700 supermarketə hücumun arxasında İran dayanır - Fransadan ittiham
-
Elm və təhsil9 Noyabr 23:05Abituriyentlər iki fəndən imtahan verəcək? - Ekspertdən AÇIQLAMA
-
Region9 Noyabr 21:00Ərdoğan zavoddakı partlayışın ağır nəticələrini açıqladı - 16 nəfər öldü
-
Nida Xəbər 9 Noyabr 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika9 Noyabr 14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi
















.jpg)






.jpg)




.jpg)




