İdman
Futbolçular qəzaya düşdülər: "Polimer"in hücumçusu öldü
Barnaulun "Polimer" klubunun futbolçusu 24 yaşlı Daniil Vinter avtomobil qəzasında həlak olub.
Publika.az xəbər verir ki, bu barədə klub "VKontakte"dəki rəsmi səhifəsində məlumat yayıb.
Yerli medianın məlumatına görə, qəza 15 oktyabrda Troitskoye yaxınlığındakı Çuyski traktında baş verib. Vinter komanda yoldaşı Yeqor Parşakovla birlikdə Biyskdən Barnaula qayıdırmış. Maşın sürüşkən yolda idarəetmədən çıxıb və sonda səkiyə çırpılıb.
Avtomobili idarə edən Vinter başından ağır xəsarət alıb və ölüb. Parşakov isə ciddi xəsarət almayıb.
Barnaul Futbol Federasiyası da məlumat yayıb və "Polimer" klubuna, bütün futbol ictimaiyyətinə, mərhum idmançının ailəsinə və dostlarına başsağlığı verib.
Qeyd edək ki, Vinter 2002-ci ildə anadan olub və "Dinamo Barnaul"un gənclər komandasından yetişib. O, bu illər ərzində "Dinamo Barnaul"da, eləcə də "Torpedo Miass", "Nosta Novotroitsk" və "Polimer"də hücumçu kimi oynayıb. Vinter "Polimer"lə birlikdə 2023-cü ildə Sibir çempionluğunu qazanıb.
Müəllif: Tural
-
Ekopublika.az05:45“Nvidia” rəhbərinin 162 milyard dollarlıq sərvəti gündəmdə - Tarixin ən bahalı boşanması baş verəcək?
-
Qoroskop01:20Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün yeni həyat başlayır
-
Dünya00:27Türkiyədə zavodda partlayış: ölənlərin sayı artdı - Yeniləndi
-
Avropa9 Noyabr 23:55700 supermarketə hücumun arxasında İran dayanır - Fransadan ittiham
-
Elm və təhsil9 Noyabr 23:05Abituriyentlər iki fəndən imtahan verəcək? - Ekspertdən AÇIQLAMA
-
Region9 Noyabr 21:00Ərdoğan zavoddakı partlayışın ağır nəticələrini açıqladı - 16 nəfər öldü
-
Nida Xəbər 9 Noyabr 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika9 Noyabr 14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi
















.jpg)






.jpg)




.jpg)




