İdman
"Bavariya" "Leypsiq"i darmadağın etdi
"Bavariya" Almaniya çempionatının VI turunda doğma meydanda "Leypsiq"ə 6:1 hesabı ilə qalib gəlib.
Publika.az xəbər verir ki, Münhen təmsilçisinin heyətində Luis Dias 12-ci, 47-ci və 69-cu dəqiqələrdə het-trik edib. Aleksandar Pavloviç 26-cı, Maykl Olise 34-cü, Harri Keyn isə 52-ci dəqiqədə fərqlənib.
Qonaqların yeganə qolunu 90+1-ci dəqiqədə Andriya Maksimoviç vurub.
Bu, "Leypsiq"in Almaniya çempionatında ən ağır məğlubiyyətlərindən biri olub. "Bavariya" 2025-ci ilin avqustunda da rəqibini doğma meydanda 6:0 hesabı ilə məğlub edib. "Leypsiq" tarixinin ən ağır məğlubiyyətini isə 2023-cü ilin martında UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda İngiltərənin "Mançester Siti" klubuna 0:7 hesabı ilə uduzarkən alıb.
Bu qələbədən sonra "Bavariya" turnir cədvəlində Dortmund "Borussiya"sına çatıb. Hər iki komandanın aktivində 14 xal var. Dortmund klubu şənbə günü səfərdə "Union"la qolsuz heç-heçə edib. "Leypsiq" isə 9 xalla yeddinci pillədə qərarlaşıb.
Növbəti turda "Bavariya" oktyabrın 25-də səfərdə "Frayburq"la qarşılaşacaq. "Leypsiq" isə bir gün əvvəl "Elversberq"i qəbul edəcək.
-
Ekopublika.az05:45“Nvidia” rəhbərinin 162 milyard dollarlıq sərvəti gündəmdə - Tarixin ən bahalı boşanması baş verəcək?
-
Qoroskop01:20Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün yeni həyat başlayır
-
Dünya00:27Türkiyədə zavodda partlayış: ölənlərin sayı artdı - Yeniləndi
-
Avropa9 Noyabr 23:55700 supermarketə hücumun arxasında İran dayanır - Fransadan ittiham
-
Elm və təhsil9 Noyabr 23:05Abituriyentlər iki fəndən imtahan verəcək? - Ekspertdən AÇIQLAMA
-
Region9 Noyabr 21:00Ərdoğan zavoddakı partlayışın ağır nəticələrini açıqladı - 16 nəfər öldü
-
Nida Xəbər 9 Noyabr 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika9 Noyabr 14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi
















.jpg)






.jpg)





.jpg)




