İdman
Fransada iğtişaş: Məşhur klubun mağazası talan edildi
“Marsel” futbol klubunun rəsmi mağazası talançıların törətdiyi qarət səbəbindən müvəqqəti olaraq bağlanıb.
Publika.az xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
“İiğtişaşlar zamanı xeyli maddi ziyan dəyib. “Marsel” zorakılıq aktlarını qətiyyətlə pisləyir və mağazanı idarə edən tərəfdaşı “Puma” ilə həmrəyliyini bildirir. Azarkeşlər klubun şəhərdəki digər rəsmi pərakəndə satış məntəqələrini ziyarət edə bilərlər”, – məlumatda deyilir.
Hadisə Fransada geniş yayılmış etirazlar fonunda baş verib: Parisdə və digər şəhərlərdə yanacaq qiymətlərinin artmasına və alıcılıq qabiliyyətinin azalmasına qarşı nümayişlər keçirilir. Təşkilatçıların məlumatına görə, etirazlarda təxminən 800.000 nəfər iştirak edib; Daxili İşlər Nazirliyinin məlumatına görə, iştirakçıların sayı 550.000 nəfər olub. Bir neçə şəhərdə dinc etirazlar polislə toqquşmalara və iğtişaşlara çevrilib. Daxili işlər naziri Loran Nunyes 2000-dən çox insanın həbs olunduğunu bildirib və hakimiyyət orqanlarının iğtişaşlarda və talanlarda iştirak edənləri təqib etməyə davam etmək niyyətində olduğunu bildirib.
Müəllif: Tural
-
Ekopublika.az05:45“Nvidia” rəhbərinin 162 milyard dollarlıq sərvəti gündəmdə - Tarixin ən bahalı boşanması baş verəcək?
-
Qoroskop01:20Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün yeni həyat başlayır
-
Dünya00:27Türkiyədə zavodda partlayış: ölənlərin sayı artdı - Yeniləndi
-
Avropa9 Noyabr 23:55700 supermarketə hücumun arxasında İran dayanır - Fransadan ittiham
-
Elm və təhsil9 Noyabr 23:05Abituriyentlər iki fəndən imtahan verəcək? - Ekspertdən AÇIQLAMA
-
Region9 Noyabr 21:00Ərdoğan zavoddakı partlayışın ağır nəticələrini açıqladı - 16 nəfər öldü
-
Nida Xəbər 9 Noyabr 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika9 Noyabr 14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi















.jpg)







.jpg)






.jpg)



