İdman
Fransada Messinin də imzaladığı əşyalar oğurlandı
Fransanın paytaxtı Parisdə keçirilən kütləvi nümayişlərin toqquşmalar, yanğınlar və talanlarla müşayiət olunduğu bildirilir.
Publika.az xəbər verir ki, daha əvvəl “Marsel”in mağazasının qarət edildiyi bildirilmişdi.
Talançılar argentinalı ulduzun imzası olan və çərçivədə nümayiş etdirilən Lionel Messinin “Barselona” formasının da oğurlayıblar.
Məlumata görə, Messinin imzası olan kapitan sarğısı da oğurlanıb. Hadisənin videoları sosial mediada paylaşılıb.
Lakin idman xatirə əşyalarının oğurlanması Parisdə baş verən hadisələrin yalnız bir epizodunu təşkil edir. 17 oktyabrda keçirilən nümayişlər yaşayış qiymətlərinin artmasına, inflyasiyaya və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı təşkil olunmuşdu. Etiraz hərəkatına məktəblərdə müəllim çatışmazlığından, təhsil şəraitindən və sosial bərabərsizlikdən şikayət edən tələbələr də qoşuldu. Nümayişlər həmkarlar ittifaqları və solçu siyasi qüvvələr, o cümlədən Ümumi Əmək Konfederasiyası (ÜƏK) tərəfindən dəstəkləndi.
Bəzi etirazlar polislə toqquşmalara çevrilib və maskalı şəxslər mağazaları talan edib, dövlət və özəl mülklərə ziyan vurublar. Məhz bu iğtişaşlar fonunda Messinin imzası olan çərçivəyə salınmış suvenirlər kameraya düşüb.
-
Ekopublika.az05:45“Nvidia” rəhbərinin 162 milyard dollarlıq sərvəti gündəmdə - Tarixin ən bahalı boşanması baş verəcək?
-
Qoroskop01:20Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün yeni həyat başlayır
-
Dünya00:27Türkiyədə zavodda partlayış: ölənlərin sayı artdı - Yeniləndi
-
Avropa9 Noyabr 23:55700 supermarketə hücumun arxasında İran dayanır - Fransadan ittiham
-
Elm və təhsil9 Noyabr 23:05Abituriyentlər iki fəndən imtahan verəcək? - Ekspertdən AÇIQLAMA
-
Region9 Noyabr 21:00Ərdoğan zavoddakı partlayışın ağır nəticələrini açıqladı - 16 nəfər öldü
-
Nida Xəbər 9 Noyabr 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika9 Noyabr 14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi















.jpg)







.jpg)






.jpg)



