Vinisius “Real”da yerini itirə bilər: Yeni rəqibi ortaya çıxdı
Bizi izləyin

İdman

Vinisius “Real”da yerini itirə bilər: Yeni rəqibi ortaya çıxdı

Vinisius “Real”da yerini itirə bilər: Yeni rəqibi ortaya çıxdı

“Real Madrid”in braziliyalı ulduzu Vinisius Junior komandadakı mövqeyini itirmək təhlükəsi ilə üzləşə bilər. Fil Dişi Sahilindən olan Yan Diomandenin uğurlu çıxışı hücum xəttində rəqabəti artırıb.

Publika.az xəbər verir ki, Madrid təmsilçisinin “Sevilya” üzərində 4:1 hesablı qələbəsində Diomande diqqət mərkəzinə düşüb. O, bir qol vurub, bir məhsuldar ötürmə ilə yadda qalaraq komandasının qələbəsində mühüm rol oynayıb. Arda Gülər və Kilian Mbappe də matçda fərqlənən futbolçular arasında olublar.

İspaniyalı jurnalist Antonio Romero “Carrusel Canalla” proqramında Diomandenin çıxışını yüksək qiymətləndirib. O bildirib ki, bu, futbolçunun “Real Madrid” forması ilə keçirdiyi ilk həqiqətən möhtəşəm oyunlardan biri olub. Jurnalistin fikrincə, Diomandenin yüksəlişi Vinisiusu da oyun səviyyəsini artırmağa məcbur edə bilər. Braziliyalı hücumçu uzun müddətdən sonra ilk dəfə mövqeyi uğrunda ciddi rəqabətlə üzləşir.

Digər tərəfdən, keçmiş futbolçu Rafa Alkorta da yeni rəqabətin Vinisiusa müsbət təsir göstərə biləcəyini düşünür. Onun fikrincə, Diomande və Endrikin müdafiəyə verdiyi töhfə komandanın daha balanslı oynamasına kömək edib.

Ekspertlər hesab edirlər ki, cinah oyunçularının müdafiəyə dəstək verməsi “Real Madrid”in oyununda tarazlığı artırıb. Komandanın bu yanaşmasının oktyabrın 26-da “Barselona” ilə keçiriləcək “El Klasiko” qarşılaşmasında da mühüm rol oynaya biləcəyi gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm