İdman
“Bayern” 30 milyona aldığı Saşa Boeydən canını qurtarmaq istəyir
“Bayern Münhen” qış transfer pəncərəsində fransalı müdafiəçi Saşa Boeyi satmaq istəyir. Futbolçu ilə “Paris FC” klubunun maraqlandığı bildirilir. Onun mümkün transferi “Qalatasaray” üçün də maliyyə baxımından sərfəli ola bilər.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin “Fotospor” nəşri məlumat yayıb.
Xatırladaq ki, “Qalatasaray” 2024-cü ilin qışında Saşa Boeyi 30 milyon avro qarşılığında “Bayern Münhen”ə satıb. Tərəflər arasında 2028-ci il iyunun 30-dək müqavilə imzalanıb. Lakin 26 yaşlı futbolçunun Almaniyadakı çıxışı zədələr və qeyri-sabit performansla yadda qalıb.
Boey ötən mövsümün qış fasiləsində satınalma şərti ilə yenidən “Qalatasaray”a icarəyə verilsə də, İstanbul klubu bu imkandan yararlanmayıb. Hazırda müdafiəçinin Münhen təmsilçisinin transfer siyahısında olduğu və klubun onun satışına və ya icarəyə verilməsinə mane olmayacağı qeyd edilir.
Məlumata görə, Fransa Liqa 1-də çıxış edən “Paris FC” futbolçu ilə bağlı danışıqlara başlamağa hazırlaşır. “Qalatasaray”ın Boey üçün yenidən addım atıb-atmayacağı isə hələlik bəlli deyil.
Transfer baş tutarsa, İstanbul klubunun hesabına əlavə 5 milyon avro daxil ola bilər. Belə ki, Boeyin “Bayern Münhen”ə keçidi zamanı müqaviləyə şərti bonuslarla bağlı xüsusi bənd əlavə edilib. Həmin razılaşmaya əsasən, futbolçu başqa kluba keçəcəyi təqdirdə Almaniya təmsilçisi “Qalatasaray”a ödənilməmiş 5 milyon avroluq bonusu verməlidir.
Nəşrin yazdığına görə, Boeyin yeni kluba cüzi məbləğ qarşılığında transfer olunması belə bu ödənişin həyata keçirilməsinə səbəb ola bilər. Bununla belə, mümkün keçidin detalları və bonus şərtinin tətbiqi ilə bağlı rəsmi açıqlama verilməyib.
-
Ekopublika.az05:45“Nvidia” rəhbərinin 162 milyard dollarlıq sərvəti gündəmdə - Tarixin ən bahalı boşanması baş verəcək?
-
Qoroskop01:20Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün yeni həyat başlayır
-
Dünya00:27Türkiyədə zavodda partlayış: ölənlərin sayı artdı - Yeniləndi
-
Avropa9 Noyabr 23:55700 supermarketə hücumun arxasında İran dayanır - Fransadan ittiham
-
Elm və təhsil9 Noyabr 23:05Abituriyentlər iki fəndən imtahan verəcək? - Ekspertdən AÇIQLAMA
-
Region9 Noyabr 21:00Ərdoğan zavoddakı partlayışın ağır nəticələrini açıqladı - 16 nəfər öldü
-
Nida Xəbər 9 Noyabr 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika9 Noyabr 14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi















.jpg)







.jpg)






.jpg)



