"Sabah" doğma meydanda "Borussiya"ya məğlub oldu - YENİLƏNDİ
Bizi izləyin

İdman

"Sabah" doğma meydanda "Borussiya"ya məğlub oldu - YENİLƏNDİ

"Sabah" doğma meydanda "Borussiya"ya məğlub oldu - YENİLƏNDİ

"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyununda "Borussiya"ya (Dortmund, Almaniya) məğlub olub.

Publika.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən matçda qonaqlar 2:1 hesablı qələbəyə seviniblər.

Bundesliqa təmsilçisinin heyətində Seru Qirassi (10, 53) dubl müəllifi olub. Azərbaycan çempionunun yeganə qolu isə Eyden Makkartinin (39) adına yazılıb.

Qeyd edək ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv qitənin ən nüfuzlu klub turnirindəki növbəti görüşünü noyabrın 4-də, səfərdə Norveçin "Vikinq" klubuna qarşı keçirəcək.

xxx

22:15

"Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyununda növbəti qol vurulub.

Publika.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən matçda qonaqlar yenidən hesabda irəli çıxıblar - 2:1.

53-cü dəqiqədə Seru Qirassi dublunu rəsmiləşdirib.

xxx

21:30

"Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyununda ikinci qol vurulub.

Publika.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən matçda Azərbaycan çempionu hesabı bərabərləşdirib - 1:1.

39-cu dəqiqədə Eyden Makkarti adını tabloya yazdırıb.

xxx

20:57

"Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyununda ilk qol vurulub.

Publika.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən matçda qonaq komanda hesabda irəli çıxıb - 1:0.

10-cu dəqiqədə Seru Qirassi fərqlənib.

xxx

20:45

"Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyunu başlayıb.

Publika.az xəbər verir ki, matç Bakı Olimpiya Stadionunda keçirilir.

Qarşılaşmanı ispaniyalı FIFA referisi Xavyer Alberola Roxas idarə edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm