İdman
Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas futbolçuları ilə fəxr edir.
Publika.az xəbər verir ki, bunu adıçəkilən klubun baş məşqçisi UEFA Çempionlar Liqasının əsas mərhələsində Almaniya təmsilçisi "Borussiya"ya (Dortmund) qarşı keçirdikləri matçdan sonra mətbuat konfransında bildirib.
Mütəxəssis məğlub olduqları qarşılaşmanı şərh edib:
"Rəqib komanda çox keyfiyyətli futbolçulardan təşkil olunub. Bəzən yaxşı futbol oynaya bilərsən, lakin rəqibin gücündən çox şey asılıdır. Matç ərzində çox yaxşı qol vəziyyətləri yaratdıq, hücumda yaxşı çıxış etdik. Təəssüf ki, son nəticədə bacarmadıq. Futbolçularımla fəxr edirəm. Onlar çox gözəl oyun nümayiş etdirdilər".
O, rəqib komandanı qələbə münasibətilə təbrik etdiyini söyləyib:
"Borussiya", həqiqətən, güclü futbol nümayiş etdirdi. Onlar 3:1, hətta 4:1 hesablı qələbə qazana bilərdilər. Lakin biz buna imkan vermədik. Hətta qarşılaşmanın sonlarında hesabı bərabərləşdirmək üçün şanslarımız var idi. Bura Çempionlar Liqasıdır, oyunlar çox çətin keçir".
Qeyd edək ki, "Sabah" - "Borussiya" matçı Almaniya kollektivinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
-
Qoroskop01:20Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün yeni həyat başlayır
-
Dünya00:27Türkiyədə zavodda partlayış: ölənlərin sayı artdı - Yeniləndi
-
Avropa9 Noyabr 23:55700 supermarketə hücumun arxasında İran dayanır - Fransadan ittiham
-
Elm və təhsil9 Noyabr 23:05Abituriyentlər iki fəndən imtahan verəcək? - Ekspertdən AÇIQLAMA
-
Region9 Noyabr 21:00Ərdoğan zavoddakı partlayışın ağır nəticələrini açıqladı - 16 nəfər öldü
-
Nida Xəbər 9 Noyabr 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika9 Noyabr 14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi
-
Dünya9 Noyabr 13:40Kütləvi dron hücumu Rusiyanı silkələdi: Moskva və Krım təhlükədə















.jpg)








.jpg)





.jpg)



