Buffon onun müdafiəsinə qalxdı: Ucuz bəhanə axtarmır
Bizi izləyin

İdman

Buffon onun müdafiəsinə qalxdı: Ucuz bəhanə axtarmır

Buffon onun müdafiəsinə qalxdı: Ucuz bəhanə axtarmır

“Yuventus”un və İtaliya millisinin sabiq qapıçısı Canluici Buffon komandanın oyununa qarşı tənqidlər fonunda komandanın baş məşqçisi Luçano Spallettini müdafiə edib.

Publika.az xəbər verir ki, “La Gazzetta dello Sport” Buffonun sözlərini sitat gətirib:

“Bu, tarixin ən güclü “Yuventus” heyəti olmaya bilər. Amma kimsə başa düşürmü ki, Yıldız, Lokatelli, Tyuram, Ehator və Qrabaranı birdən itirmək Kannavaro, Buffon, Totti, Nesta və Pirlonu İtaliya millisindən uzaqlaşdırmaq kimidir?!

Yenidən qurulmalısan, amma sözün əsl mənasında komandanın bütün əsasını itirirsən. Amma Spalletti heç vaxt ucuz bəhanələr və ya alibilər axtarmır. Bu məşqçiyə etibar etməli və onunla birlikdə irəliləməlisən”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm