Getdiyim mağazaların çoxu indi yoxdur - Ançelotti Fransadakı vəziyyət haqda
Bizi izləyin

İdman

Getdiyim mağazaların çoxu indi yoxdur - Ançelotti Fransadakı vəziyyət haqda

Getdiyim mağazaların çoxu indi yoxdur - Ançelotti Fransadakı vəziyyət haqda

“Lill”in baş məşqçisi Davide Ançelotti Fransadakı vəziyyətlə bağlı danışıb.

Publik.az xəbər verir ki, Ançelotti ÇL-də “Qalatasaray”la oyundan əvvəl keçirilən mətbuat konfransında bu barədə danışıb:

“Old Lilldə yaşadığım üçün çölə çox çıxmıram. Bu məyusedicidir. İndi əvvəllər getdiyim mağazaların çoxu yoxdur. Çox kədərlidir.

Həll yolları təklif etmək mənim işim deyil, amma Lill sakini kimi gördüklərim məni məyus edir”.

Ötən həftə Parisdə və Fransanın digər böyük şəhərlərində yaşayış qiymətlərinin artmasına qarşı etirazlar keçirildi. Nümayişlərin çoxu zorakılığa çevrildi. Xuliqanlar mağazaları talan etdilər, avtomobilləri və binaları yandırdılar.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm