PSJ azarkeşlərinin təxribatçı banneri: "Barsa" UEFA-ya şikayət edəcək - FOTO
Bizi izləyin

İdman

PSJ azarkeşlərinin təxribatçı banneri: "Barsa" UEFA-ya şikayət edəcək - FOTO

PSJ azarkeşlərinin təxribatçı banneri: "Barsa" UEFA-ya şikayət edəcək - FOTO

“Barselona” Çempionlar Liqasının 3-cü turunda PSJ-yə 2:4 hesabı ilə məğlub olduğu oyundan əvvəl nümayiş etdirilən təxribatçı pankartla bağlı UEFA-ya şikayət etmək niyyətindədir.

Publika.az xəbər verir ki, bu barədə “La Vanguardia” məlumat yayıb.

Paris azarkeşləri “Paris qırğını” başlığı ilə müşayiət olunan pankartda maskalı bir kişinin Kataloniya klubunun emblemini mişarla kəsdiyini təsvir edən banner açıblar. PSJ azarkeşləri həmçinin mişardan çıxan qığılcımları simulyasiya edən pirotexnika vasitələrindən də istifadə ediblər.

“Barselona” nümayəndələri bannerin məzmunundan narazılıqlarını bildiriblər və UEFA nümayəndəsi ilə əlaqə saxlamaq niyyətindədirlər. Kataloniya klubu həmçinin onlara yönəlmiş digər təhqiramiz bannerlərin yığışdırılmasını tələb edib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm