PSJ dəhşətli xəbəri açıqladı: Xviça üçün mövsüm bitdi
Bizi izləyin

İdman

PSJ dəhşətli xəbəri açıqladı: Xviça üçün mövsüm bitdi

PSJ dəhşətli xəbəri açıqladı: Xviça üçün mövsüm bitdi

PSJ-nin ulduz hücumçusu Xviça Kvaratsxeliya çarpaz bağından zədələnib və uzun müddət oynaya bilməyəcək.

Publika.az xəbər verir ki, bu barədə Paris klubunun mətbuat xidməti məlumat yayıb.

Gürcü futbolçu Çempionlar Liqasında "Barselona"ya qarşı oyunu başa vura bilməyib və 59-cu dəqiqədə əvəzlənmə tələb edib. Ətraflı müayinə zamanı Xviçanın ön çarpaz bağının cırıldığı məlum olub və o, tezliklə əməliyyat olunacaq.

Klub hələlik Kvaratsxelyanın sağalma müddətini proqnozlaşdırmayıb, lakin adətən bu cür zədələrdə sağalma 6-9 aydan bir ilə qədər çəkə bilər.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm