Premyer Liqa klubundan tələb edilir: Qartalın istismarını dayandır
Bizi izləyin

İdman

Premyer Liqa klubundan tələb edilir: Qartalın istismarını dayandır

Premyer Liqa klubundan tələb edilir: Qartalın istismarını dayandır

Heyvan hüquqları fəalları “Kristal Pelas” klubunu qartaldan maskot kimi istifadə etməyi dayandırmağa çağırıblar.

Publika.az xəbər verir ki, dünyanın ən böyük beynəlxalq heyvan hüquqları qeyri-kommersiya təşkilatı olan PETA klubun icraçı direktoru Şeron Leysiyə məktub göndərib.

Məktubda londonlulardan qartaldan istifadə etməyi dayandırmaları və bir daha canlı heyvanlardan maskot kimi istifadə etməmələri xahiş olunur.

1973-cü ildən bəri, komandanın ləqəbini “Şüşəçilər”dən “Qartallar”a dəyişdirdikdən sonra, “Kristal Palas” bu quşlarla əlaqələndirilir.

2010-cu ildə klub bir ənənə tətbiq etdi: ev oyunlarından əvvəl meydana Kayla adlı bir qartal çıxırdı. O, kluba on il xidmət etdi və 2020-ci ildə vəfat etdi. Onun xələfi Feniks 2024-cü ilin avqustunda “Vest Hem”lə oyundan əvvəl debüt etdi.

Məktubda PETA qeyd edir ki, parlaq işıqlar, yüksək səslər və səs-küylü izdiham stadionları “heyvanlar üçün əlverişsiz yerlərə” çevirir və həm heyvanlar, həm də tamaşaçılar üçün potensial təhlükə yaradır. Sənəddə qartalların divarlara və ya şüşə pəncərələrə çırpılması halları qeyd olunur.

PETA-nın məktubunda həmçinin qartalların təbii davranışlarının stadion mühitini onlar üçün əlverişsiz hala gətirdiyi iddia edilir. Təbiətdə bu quşlar çox uzaq məsafələrə uça bilir və adətən insanlarla yaxın təmasdan qaça bilirlər. Təşkilat həmçinin bildirib ki, hətta əsirlikdə yetişdirilən quşlar belə təbii instinktlərini qoruyub saxlayır və təbii davranışlarını yerinə yetirə bilmədikdə məyusluq və stress yaşaya bilərlər.

“Keçəl qartallar azadlığın simvolu kimi hörmətlə qarşılanır, lakin Feniks əslində futbol azarkeşlərini əyləndirmək üçün bir rekvizit kimi istifadə olunur. “Kristal Palas”da artıq izdihamı həyəcanlandıran bir insan maskotu var, buna görə də səs-küylü, dolu stadiona vəhşi bir quşa ehtiyac yoxdur”, – PETA-nın Korporativ Layihələr üzrə Baş Meneceri Karis Bennet bildirib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm