İdman
Diz bağları qırılan Kvaratsxeliya kövrəldi, Dembele dəstək verdi
Fransanın PSJ klubunun gürcü futbolçusu Xviça Kvaratsxeliya diz bağlarının qırılması səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalacaq. Paris təmsilçisi UEFA Çempionlar Liqasında “Barselona”nı 4:2 hesabı ilə məğlub etsə də, qarşılaşma komanda üçün ciddi itkilərlə yadda qalıb.
Publika.az xəbər verir ki, “Goal” nəşrinin məlumatına görə, Kvaratsxeliya matçın təxminən 60-cı dəqiqəsində “Barselona”nın futbolçusu Xavi Espartla mübarizə zamanı dizindən zədə alıb. Gürcüstan millisinin üzvü meydanı müstəqil şəkildə tərk edə bilməyib və paltardəyişmə otağına gedərkən köməyə ehtiyac duyub. Klub futbolçunun çarpaz bağının qırıldığını təsdiqləyib.
Kvaratsxeliya sosial şəbəkədə paylaşım edərək yaşadığı məyusluğu ifadə edib. O, qarşılaşmaya əvvəlkindən daha yaxşı hazırlaşdığını, lakin belə bir zədəni gözləmədiyini bildirib. Futbolçu qarşıdakı ayları ağrı və göz yaşları içində olsa belə, bərpa prosesinə həsr etməyə hazır olduğunu vurğulayıb.
“Niyə məhz mən? Heç nəyi təsadüfə buraxmamışdım. Bu matça, yəqin ki, indiyə qədər heç vaxt olmadığım qədər yaxşı hazırlaşmışdım. Hər şeyə hazır olduğumu düşünürdüm, amma buna yox”, deyə Kvaratsxelia gürcü dilində yazıb. O, “Instagram” paylaşımına əlavə edib ki, qarşıdakı ayları ağrılar və göz yaşları içində, çalışaraq keçirməyə hazırdır.
PSJ-nin fransalı hücumçusu Usman Dembele Kvaratsxeliyaya dəstək mesajı göndərib. Dembele “Instagram” hesabında komanda yoldaşına dəstək nümayiş etdirərək “Güclü ol, Kvara” mesajını paylaşıb.
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj
-
Nida Xəbər 21 Oktyabr 14:48Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - Siyahı/Foto
































