İdman
Gözlənilməz etiraf: 10 həftə psixoloji klinikada qaldığını açıqladı
Snuker üzrə keçmiş dünya birincisi Mark Allen idmana qayıtmazdan əvvəl 10 həftə psixi sağlamlıq klinikasında müalicə aldığını açıqlayıb.
Publika.az xəbər verir ki, 40 yaşlı Şimali İrlandiya təmsilçisi beş aylıq fasilədən sonra çərşənbə axşamı Şimali İrlandiya Açıq çempionatında çıxış edib. O, ilk görüşdə dostu Cordan Brauna məğlub olub. Matçdan sonra emosional açıqlama verən Allen hazırda çətin dövr keçirdiyini və karyerasını bitirməyi düşündüyünü bildirib.
Snukerçi çərşənbə günü “X” sosial şəbəkəsində paylaşdığı açıqlamada vəziyyətini yaxşılaşdırmaq üçün əlindən gələni etdiyini vurğulayıb. O, Brauna qarşı oyuna hazırlaşmaq üçün klinikanı öz istəyi ilə tərk etdiyini, lakin müalicəsini davam etdirmək niyyətində olduğunu qeyd edib.
Allen bu qərarı ailəsinə, xüsusilə qızına, eləcə də 21 illik peşəkar karyerası boyunca ona dəstək göstərən azarkeşlərə görə verdiyini bildirib. O, müalicə müddətində psixoloqların, klinika əməkdaşlarının və digər pasiyentlərin ona böyük dəstək olduğunu deyib.
2024-cü ildə dünya reytinqində ilk pilləyə yüksələn Allen karyerası ərzində 12 reytinq turnirinin qalibi olub. Onun sözlərinə görə, sağalma prosesi bir gecədə baş verməyəcək və qarşıdakı dövrdə mübarizə əzmini təkcə snuker masasında deyil, şəxsi həyatında da göstərməyə çalışacaq. O, bu mərhələni yeni həyat yolunun başlanğıcı kimi xarakterizə edib.
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO






















.png)

.jpg)














