İdman
“Neftçi” bu futbolçusunu bir milyon avroya satmaqdan imtina edib
“Neftçi”nin braziliyalı futbolçusu Breno Almeydanın komandadakı gələcəyi ilə bağlı yeni məlumat yayılıb.
Publika.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, PAOK 28 yaşlı vingeri transfer etmək niyyətindən vaz keçməyib. Saloniki klubu qış transfer pəncərəsində futbolçunun keçidini reallaşdırmaq üçün yenidən cəhd göstərəcək.
“Neftçi” isə hazırda əsas oyunçularından birini mövsümün ortasında itirmək istəmir. Bakı təmsilçisi çempionluq mübarizəsini nəzərə alaraq Almeydanı ən azı mövsümün sonuna qədər heyətdə saxlamağı planlaşdırır.
Bundan əvvəl “Neftçi”yə Breno üçün 1 milyon avroluq təklif daxil olsa da, klub bu məbləği qəbul etməyib. Daha yüksək maliyyə şərtləri təqdim olunacağı təqdirdə Azərbaycan klubunun mövqeyinin dəyişə biləcəyi bildirilir. PAOK-un yanvarda rəsmi təkliflə çıxış etməyə hazırlaşdığı qeyd olunur.
Breno Almeydanın “Neftçi” ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Yunanıstan klubunun transfer yarışında əsas rəqibi isə “Pafos”dur.
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?





















.jpg)












