Bu qərarın arxasındakı məntiqi başa düşmürəm - Klopp “Bayern”in taktikası haqda
Bizi izləyin

İdman

Bu qərarın arxasındakı məntiqi başa düşmürəm - Klopp “Bayern”in taktikası haqda

Bu qərarın arxasındakı məntiqi başa düşmürəm - Klopp “Bayern”in taktikası haqda

Almaniya millisinin baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının qrup mərhələsində “Arsenal”a qarşı (2:2) oyunda “Bayern”in hücumçusu Harri Keynin rolundan danışıb.

Publika.az xəbər verir ki, Klopp Almaniya mətbuatına verdiyi şərhdə deyib:

“Harri Keyn hər yerdə idi. Top komandada olanda onun mövqeyi ilə bağlı heç bir problem yoxdur, amma top komandada olmayanda…

Keyni son cəbhədə – dərin müdafiədə deyil, yarımmüdafiədə pressinq zonasında görəndə… Mənim üçün bu…

Mən futbolun Papası deyiləm – hər kəs istədiyini etməkdə sərbəstdir. Amma mən hələ də bu qərarın arxasındakı məntiqi tam başa düşmürəm”.

Matçdan sonra “Bayern”in baş məşqçisi Vinsent Kompani Kloppun şərhlərinə cavab olaraq deyib: “Bu barədə heç nə deməyəcəyəm. Növbəti sual”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm