İdman
Almaniya millisini seçdiyi üçün peşmandır: Məndə türk qanı var
“Bayer” və “Qalatasaray”ın keçmiş oyunçusu Kərəm Dəmirbay Türkiyəni yox, Almaniya millisini seçdiyinə görə peşman olduğunu bildirib.
Dəmirbay 2017-ci il Konfederasiyalar Kubokunda Almaniya milli komandasında iki oyun keçirib. Bundan əvvəl isə o, Türkiyənin gənclər komandalarında oynayıb.
Publika.az xəbər verir ki, Dəmirbay jurnalist Yağız Sabuncuoğlu ilə müsahibəsində deyib:
“Məndə türk qanı var. Atam da, anam da türkdür. Mən türkəm. Türkiyə millisində oynamaq istəyirdim və federasiya ilə bir il yarım bunun üzərində işlədik. Amma müzakirə edə bilmədiyim müəyyən səbəblərə görə Almaniyanı seçdim.
Almaniya millisində qol vurduqdan sonra köynəyimi çıxardım və hamı kürəyimdəki türk döyməsini gördü (Türkiyənin sərhədlərinin konturlarını təsvir edən döymə). Bundan sonra bir daha milliyə çağırılmadım.
Almaniya millisində oynadığım üçün peşmanam və indi çağırılsam belə, bir daha bunu etmrəm. Mən türkəm. Gözəl Türkiyə millisinin formasını geyinmədiyim üçün həmişə peşman olacağam”.
Müəllif: Tural
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO









.png)




_(1).webp)
























