Karlsen yeni elit şahmat turnirinin yaradıldığını elan etdi
Bizi izləyin

İdman

Karlsen yeni elit şahmat turnirinin yaradıldığını elan etdi

Karlsen yeni elit şahmat turnirinin yaradıldığını elan etdi

Məşhur norveçli Maqnus Karlsen yeni şahmat turnirinin yaradıldığını elan edib.

Publika.az xəbər verir ki, bu barədə “Marca” yazıb.

MOVE Kuboku adlanan yeni yarış Barselonada keçiriləcək. Turnirin məqsədi şahmatı müntəzəm olaraq təbliğ etmək və yeni tamaşaçıları cəlb etməkdir.

Norveçli təqdimat mərasimində bildirib:

“Biz azarkeşlər üçün cəlbedici şahmat turnirləri təşkil etməliyik və bu, şübhəsiz ki, onlardan biri olacaq. Biz ən yaxşı oyunçuların dinamik, lakin həyəcanlı bir oyunda yarışmasını istəyirik”.

İlk turnirin 18-20 yanvar tarixlərində keçirilməsi planlaşdırılır və mükafat fondu 300.000 avrodur. Səkkiz şahmatçı sürətli şahmat oynayacaq və yarış pley-off finalı ilə başa çatacaq.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm