İdman
Telefondan istifadə etməyən azarkeşlər mükafatlandırılacaq
Almaniyanın “Borussiya Dortmund” klubu stadionda oyun zamanı mobil telefonlarından istifadə etməyən azarkeşləri mükafatlandırmaq üçün rəsmi tətbiqinə yeni funksiya əlavə edib.
Publika.az xəbər verir ki, klub əsas sponsoru “Vodafone” ilə birgə “Fan Mode” (“Azarkeş rejimi”) adlı funksiyanı istifadəyə verib. Yenilik “Signal Iduna Park” stadionunda matçı izləyən azarkeşləri telefon ekranından uzaq durmağa və oyuna daha çox diqqət yetirməyə təşviq edir.
Funksiyadan yararlanmaq üçün azarkeşlər telefonlarında məkan xidmətlərini aktivləşdirərək stadionda olduqlarını təsdiqləməlidirlər. Rejim işə salındıqdan sonra tətbiq oyun zamanı telefona toxunulmadan keçən hər dəqiqəyə görə istifadəçiyə xal qazandırır. Fasilədə azarkeşlər telefonlarından istifadə edə bilərlər, lakin ikinci hissədə xal toplamağa davam etmək üçün funksiyanı yenidən aktivləşdirməlidirlər.
Toplanan xallar azarkeşlərə klubun imzalı formalarını və mağaza üçün hədiyyə çeklərini qazanmaq imkanı verəcək. Ən yüksək nəticə göstərən və telefon ekranını daha az aktivləşdirən azarkeşlər mükafatlar uğrunda mübarizə aparacaqlar.
Layihənin yaradılmasına səbəb olan araşdırma da diqqətçəkən nəticələr ortaya qoyub. “Vodafone”un 2023-cü ildə müntəzəm olaraq futbol matçlarına gedən 1000 nəfər arasında keçirdiyi sorğuya əsasən, iştirakçıların 63 faizi oyun zamanı mobil telefonlarından tez-tez istifadə etdiklərini bildirib. Tribunada selfi çəkilməsi, canlı yayımlar və sosial şəbəkələrdən istifadə ilə bağlı narazılığın da artdığı qeyd olunub.
Klubun baş icraçı direktoru Karsten Kramer təşəbbüsün stadion atmosferini qorumağa xidmət etdiyini bildirib. Onun sözlərinə görə, 81 mindən çox insanın birlikdə mahnı oxuması, azarkeşlik etməsi və oyunun həyəcanını yaşaması heç bir texnologiya ilə əvəz oluna bilməz.
Yeni funksiya ilk dəfə oktyabrın 24-də “Borussiya Dortmund”un “Ayntraxt Frankfurt”la qarşılaşmasında tətbiq ediləcək. Klubun planına əsasən, mükafat sistemi mövsüm ərzində bütün ev oyunlarında aktiv olacaq.
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı







.webp)




























