Neymar futbolu izləməyi sevmədiyini açıqladı: “Matça baxanda əsəbiləşirəm”
Bizi izləyin

İdman

Neymar futbolu izləməyi sevmədiyini açıqladı: “Matça baxanda əsəbiləşirəm”

Neymar futbolu izləməyi sevmədiyini açıqladı: “Matça baxanda əsəbiləşirəm”

Braziliyalı ulduz Neymar futbol oynamağı sevsə də, televiziyada qarşılaşmaları izləməkdən xoşlanmadığını bildirib. 34 yaşlı hücumçu karyerasını başa vurduqdan sonra isə bir il ərzində heç nə etmədən dincəlməyi planlaşdırır.

Publika.az xəbər verir ki, “Santos”un futbolçusu bu barədə Braziliyanın “ge Globo” nəşrinə müsahibəsində danışıb.

Peşəkar karyerasına 17 yaşında başlayan Neymar futbolu tərk etdikdən sonra özünə uzunmüddətli istirahət vermək istədiyini deyib. Onun sözlərinə görə, həmin müddətdə istədiyi vaxt futbol oynaya, heç nə etmək istəmədikdə isə sadəcə dincələ bilər.

Braziliyalı futbolçu televiziyada futbol matçlarına baxmağı sevmədiyini də etiraf edib. O, basketbol qarşılaşmalarını ara-sıra izlədiyini, futbola baxarkən isə əsəbiləşdiyini bildirib.

“Futbolu çox sevirəm, amma oynamağı xoşlayıram. Divanda oturub televizoru açaraq matça baxmaq mənlik deyil. Bu barədə müsahibələrdə və dostlarımla danışanda heç kim mənə inanmırdı”, – deyə Neymar vurğulayıb.

Ulduz futbolçu Paris və Barselonada onunla birlikdə yaşayan gənclərin həftəsonları televiziyada yalnız futbol izlədiklərini də xatırladıb. Neymar həmin vaxt bundan narahat olduğunu, hətta bəzən qonaq otağında belə qalmaq istəmədiyini söyləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm