Messinin gedişindən sonra... - Qomes gileyləndi
Bizi izləyin

İdman

Messinin gedişindən sonra... - Qomes gileyləndi

Messinin gedişindən sonra... - Qomes gileyləndi

Argentina millisinin sabiq oyunçusu Alexandro Qomes Lionel Messinin millidən ayrılması ilə bağlı açıqlama verib.

39 yaşlı hücumçu Argentina millisində vida matçına oktyabrın əvvəlində çıxıb.

Publika.az xəbər verir ki, SE Qomesdən sitat gətirib:

“Bu, çox təsirli idi. Əlbəttə ki, onun gedişindən sonra yaranacaq boşluq ölçüyəgəlməzdir. Maradona milli komandadan gedəndə də eyni şey idi. İndi eyni boşluq yaranacaq və bir müddət qalacaq”.

Messi Argentina millisində debütünü 2005-ci ildə edib. O vaxtdan bəri hücumçu 208 oyun keçirib, 126 qol vurub və 69 məhsuldar ötürmə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm