İdman
Premyer Liqa: "Kəpəz" "Şəfa"nı məğlub etdi
Misli Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.
Publika.az xəbər verir ki, günün ilk matçında "Kəpəz" səfərdə "Şəfa" ilə üz-üzə gəlib.
Qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1.
"Sarı-göylər"in qollarını 74-cü dəqiqədə penaltidən Şakir Seyidov, 80-ci dəqiqədə Blessinq Olabiran vurublar. Meydan sahiblərindən 55-ci dəqiqədə Maudo Jarjue fərqlənib.
Xallarının sayını 14-ə çatdıran "Kəpəz" hələlik beşinci pillədə qərarlaşıb. "Şəfa" 3 xalla 11-cidir.
Günün ikinci matçında "Neftçi" "Turan Tovuz"u qəbul edəcək.
Xatırladaq ki, ötən gün "Qəbələ" "Araz-Naxçıvan"ı (2:1), "Zirə" "Sumqayıt"ı (3:2) məğlub edib. Tura oktyabrın 25-də yekun vurulacaq.
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər










.jpg)


























