“Bayern”in rəhbərindən 300 milyonluq transfer iddialarına cavab
Bizi izləyin

İdman

“Bayern”in rəhbərindən 300 milyonluq transfer iddialarına cavab

“Bayern”in rəhbərindən 300 milyonluq transfer iddialarına cavab

“Bayern Münhen”in fəxri prezidenti Uli Höness fransalı futbolçu Maykl Olisenin gələcəyi ilə bağlı danışıb. O, 26 yaşlı oyunçunun “Real Madrid”ə keçəcəyi və transferinin 300 milyon avroya başa gələcəyi barədə yayılan xəbərləri əsassız adlandırıb.

Publika.az xəbər verir ki, “Goal” nəşrinin məlumatına görə, Höness Oliseni dünyanın ən yaxşı futbolçularından biri hesab edir və onun Münhen klubundan ayrılacağından narahat deyil.

Klub rəsmisi bildirib ki, Olisenin “Bayern”lə müqaviləsi 2029-cu il iyunun 30-dək qüvvədədir. Buna görə də hazırda futbolçunun mümkün transferini müzakirə etməyə ehtiyac görmür.

“Michaelın bizimlə 2029-cu il iyunun 30-dək müqaviləsi var. Ona görə də hazırda bu məsələni düşünmürük”, – deyə Höness “Welt am Sonntag” nəşrinə açıqlamasında bildirib.

“Bayern”in əfsanəvi futbolçusu Lotar Matteus daha əvvəl rəhbərliyə Olisenin müqaviləsinin uzadılmasını tövsiyə etsə də, Höness tələsmək niyyətində olmadığını vurğulayıb. Onun sözlərinə görə, mövsüm ərzində futbolçu ilə müqavilənin uzadılması məsələsi müzakirə ediləcək. Olise həmin vaxt yeni sözləşməyə razılıq verməsə, klub 2029-cu ildə vəziyyətin necə inkişaf edəcəyini gözləyəcək.

Höness futbolçunun müqaviləsi uzadılacağı təqdirdə maaşının artırılması ehtimalına da toxunub. Bununla belə, klubun hazırda mümkün artımın məbləğini hesablamadığını bildirib.

“Bayern”in fəxri prezidenti Oliseni “Barselona”nın gənc ulduzu Lamin Yamal ilə müqayisə edərkən də fransalı futbolçuya üstünlük verib.

“Bu gənc bizi çox sevindirir. Məncə, o, dünyanın ən yaxşı oyunçusu olmaq yolunda inamla irəliləyir”, – deyə Höness vurğulayıb.

O, Olisenin sabit çıxışını, qol vurmaq və məhsuldar ötürmələr vermək bacarığını, eləcə də sürətini xüsusi qeyd edib. Hönessin fikrincə, fransalı futbolçu bu xüsusiyyətlərinə görə Lamin Yamaldan da üstündür və demək olar ki, qüsursuz oyunçudur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm