İdman
Bu gün “Sabah” “Qarabağ”ı qəbul edəcək
Bu gün Azərbaycan Premyer Liqasında 9-cu tura yekun vurulacaq.
Publika.az xəbər verir ki, son gündə 2 oyun baş tutacaq.
Əvvəlcə “İmişli” “Şamaxı”nı qəbul edəcək. Yevlaxda keçiriləcək oyunun baş hakimi Rauf Cabbarov olacaq.
Turun mərkəzi oyununda isə “Sabah” “Qarabağ”la qarşılaşacaq. “Dalğa Arena”da keçiriləcək oyunu Rəşad Əhmədov idarə edəcək.
Daha öncə keçirilən oyunlarda “Araz-Naxçıvan” “Qəbələ”yə (1:2), “Şəfa” “Kəpəz”ə (1:2) məğlub olub, “Zirə” isə “Sumqayıt”a (3:2) qalib gəlib. “Neftçi” – “Turan Tovuz” matçında (1:1) qalib müəyyənləşməyib.
Azərbaycan Premyer Liqası
9-cu tur
25 oktyabr
“İmişli” – “Şamaxı”
Hakimlər: Rauf Cabbarov, Zeynal Zeynalov, Kərim Zeynalov, Ruslan Quliyev.
VAR: Əliyar Ağayev.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Yevlax şəhər stadionu, 15:00.
“Sabah” – “Qarabağ”
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Emin Əliyev.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
“Dalğa Arena”, 18:00
-
Magazin213:40Rusiyanın məşhur reperi evində güllə yarasından öldü
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Nida Xəbər 11:27Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO





































