İdman
“Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
“Milan”ın keçmiş yarımmüdafiəçisi Samuel Kastilexo 31 yaşında futbolçu karyerasını başa vurmaq qərarına gəlib.
Publika.az xəbər verir ki, o, bununla bağlı “İnstaqram” hesabında açıqlama verib.
“Təşəkkür edirəm, futbol, hər şey üçün təşəkkür edirəm”, – deyə ispan yazıb.
Kastilexo “Malaqa”nın yetirməsidir. O, doğma şəhərinin əsas komandasında 39 oyun keçirib, bir qol vurub və beş məhsuldar ötürmə edib.
2015-ci ilin yayında Samuel “Vilyarreala” transfer olub. “Sarı sualtı qayıq”da üç il keçirib, 127 matçda meydana çıxıb, 11 qol vurub və 14 məhsuldar ötürmə edib.
2018-ci ildə Kastillexo “Milan”la müqavilə imzalayıb. “Transfermarkt” ın məlumatına görə, “rossoneri” rəhbərliyi oyunçunu 21 milyon avroya alıb.
O vaxtdan bəri ispaniyalı İtaliya nəhəngində 113 oyun keçirib, 10 qol vurub və 15 məhsuldar ötürmə edib. Samuel həmçinin 2021/22 mövsümündə İtaliya çempionluğunu qazanıb.
2022-ci ilin yayında Kastillexo “Valensiya”ya pulsuz transferlə qoşulub. Daha sonra İtaliyanın “Sassuolo” və Malayziyanın “Johor” klublarında oynayıb.
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu
-
MDB14:18Bir həftədə Ukraynaya 1600 idarə olunan bomba atıldı
-
Magazin214:09Məşhur aktrisa çimərlikdən elə görüntülər paylaşdı ki... - Foto
-
Magazin213:40Güllə yarası alan reper öldü - İntihar edib?
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi



































