DÇ-yə ev sahibliyi Rusiyaya verildi
Bizi izləyin

İdman

DÇ-yə ev sahibliyi Rusiyaya verildi

DÇ-yə ev sahibliyi Rusiyaya verildi

Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) 2028-2030-cu illər arasında keçiriləcək dörd Dünya Çempionatının məkanlarını müəyyən edib.

Publika.az xəbər verir ki, bu barədə IWF-in mətbuat xidməti məlumat yayıb.

Təşkilatın İcraiyyə Şurasının qərarına əsasən, 2030-cu il Dünya Ağırlıqqaldırma Çempionatı Moskvada (Rusiya) keçiriləcək.

Rusiya paytaxtı Hindistanın Əhmədabad şəhərində keçirilməsi planlaşdırılan 2029-cu il dünya çempionatından bir il sonra böyüklər arasında dünya çempionatına ev sahibliyi etmək hüququ qazanıb.

Böyüklər arasında Dünya Çempionatının keçiriləcəyi yerləri müəyyən etməklə yanaşı, IWF İcraiyyə Şurası 2028-ci ildə keçirilməsi planlaşdırılan gənclər arasında iki yarışa ev sahibliyi edəcək şəhərləri də təsdiqləyib. Gənclər və yeniyetmələr arasında Dünya Çempionatı Kosovonun Priştina və Venesuelanın Karakas şəhərində keçiriləcək.

IWF-nin baş katibi Xose Kinones bildirib:

“Aldığımız bütün müraciətlər əla idi və əminik ki, sizin ölkələrinizdə keçiriləcək çempionatlar böyük uğurla başa çatacaq”.

IWF Dünya Çempionatına 2028–2030-cu illər ev sahibliyi edəcək

2028 – Priştina, Kosovo: Gənclər arasında Dünya Çempionatı.

2028 – Karakas, Venesuela: Yeniyetmələr arasında Dünya Çempionatı.

2029 – Əhmədabad, Hindistan: Böyüklər arasında Dünya Çempionatı.

2030 – Moskva, Rusiya: Böyüklər arasında Dünya Çempionatı.

Xatırladaq ki, iyun ayında Beynəlxalq Ağır Atletika Federasiyası 2022-ci ilin fevral ayında Ukraynaya tammiqyaslı müdaxilənin başlamasından sonra Rusiya və Belarusa qarşı tətbiq edilən bütün sanksiyaları ləğv etmək qərarına gəlib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm