İdman
Eşli Yanq da onu qınadı: Karriki avtobusun altına atdı
“Mançester Yunayted”in keçmiş müdafiəçisi Eşli Yanq Bruno Fernandeşi bu mövsümkü oyunlarına görə tənqid edib.
“Mançester Yunayted” Premyer Liqanın 8-ci turunda “Old Trafford”da “Bornmut”a ağır məğlubiyyətlə üzləşdi (0-3). Bundan əvvəl komanda Çempionlar Liqasında “Komo”ya (1-4) məğlub olmuşdu.
Çempionlar Liqasındakı məğlubiyyətdən sonra Bruno demişdi: “Məşqçilər heyəti şəxsən təzyiq göstərmək əvəzinə, boşluq buraxmaq qərarına gəldilər. Amma bəzən daha cəsarətli olmalı və risk etməlisən”.
32 yaşlı yarımmüdafiəçi bazar günü keçirilən oyunda ehtiyat oyunçular skamyasında qaldı və meydana çıxmadı.
Publika.az xəbər verir ki, Eşli İngiltərə mətbuatına açıqlamasında deyib:
“Mənim üçün Bruno bütün mövsüm boyu parlamayıb. Bir oyunu qeyd edəcəyəm – “İpsviç” üzərində evdə qazanılan qələbə (avqustda keçirilənoyunda (5-2) portuqaliyalı üç qol vurdu və bir məhsuldar ötürmə etdi). Məhz o zaman o, həqiqətən özünü göstərdi, keyfiyyətlərini göstərdi və “Yunayted”in kapitanı olduğunu nümayiş etdirdi. Digər bütün matçlarda isə o, parlamadı.
Keçən mövsüm Maykl Kerrik gəlib dedi: “Bruno, sən 10 nömrəli mövqeyində oynayacaqsan, orada oynamaq istəyirsən?”. O, ona fürsət verdi. Bruno 21 məhsuldar ötürmə etdi, rekordlar qırdı və Peşəkar Futbolçular Assosiasiyasının “İlin Oyunçusu” seçildi. Və bu mükafatı heç bir kubok qazanmadan, sadəcə rekord qırdığına görə aldı.
Bruno məşqçiyə minnətdar olmalıdır. Amma o, həftənin ortasında Karriki avtobusun altına atdı”, – Yanq deyib.
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?













.jpg)






















