İdman
Qələbəyə görə 4 futbolçu mükafatlandırılacaq
“Real Madrid”in prezidenti Florentino Perez “Barselona” üzərində qazanılan 2:1 hesablı qələbədən sonra komandanın dörd futbolçusunun çıxışından məmnun qalıb. Onların arasında Kilian Mbappe, Cud Bellinqem, Arda Gülər və Eduardo Kamavinqa da var.
Publika.az xəbər verir ki, bu barədə İspaniyanın “Defensa Central” nəşri məlumat yayıb.
Məlumata görə, Perez iki klub arasındakı gərgin münasibətlər səbəbindən “Kamp Nou”da keçirilən El-Klasikoya qatılmasa da, qələbədən sonra futbolçuları və məşqçi heyətini təbrik edib. Klub rəhbəri komandanın oyunundan razılığını ifadə edərək bir sıra futbolçuların çıxışını xüsusi qeyd edib.
Qələbə baş məşqçi Joze Mourinyo üçün də əhəmiyyətli olub. Son vaxtlar komandanın oyun səviyyəsi ilə bağlı tənqidlərə məruz qalan portuqaliyalı mütəxəssis “Barselona” üzərində qələbə ilə ona olan etimadı möhkəmləndirmək imkanı qazanıb.
Mbappe və Bellingem hücumdakı təsirləri ilə diqqət çəkiblər. Klubun gələcək planlarında mühüm yer tutan Arda Gülər və əvvəlki dövrlərdə tənqid olunan Eduardo Kamavinqa da “El-Klasiko”dakı çıxışları ilə rəhbərliyin etimadını doğruldublar.
Nəşrin yazdığına görə, Perez bu nəticəni komandanın mövsüm ərzindəki hədəfləri baxımından müsbət göstərici hesab edir. Bununla belə, “Real Madrid” rəhbəri bir oyunda qazanılan qələbənin çempionluğa zəmanət vermədiyini və komandanın mövsümün sonunadək sabit çıxış etməli olduğunu anlayır.
Qeyd edək ki, “Real Madrid”in “Barselona” üzərində 2:1 hesablı qələbəsi İspaniya çempionatında titul uğrunda mübarizəni daha da gərginləşdirib.
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək




































