“Qalatasaray” “Fənərbağça”nı məğlub edərək liderliyə yüksəldi
Bizi izləyin

İdman

“Qalatasaray” “Fənərbağça”nı məğlub edərək liderliyə yüksəldi

“Qalatasaray” “Fənərbağça”nı məğlub edərək liderliyə yüksəldi

Futbol üzrə Türkiyə Superliqasında IX tura yekun vurulub.

Publika.az xəbər verir ki, turun bağlanış oyunu İstanbul derbisi ilə əlamətdar olub.

Prinsipial qarşılaşmada “Qalatasaray” və “Fənərbağça” komandaları üz-üzə gəliblər. “Rams Park” stadionunda keçirilən görüş ev sahibi komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Qalatasaray"ın heyətində Viktor Osimhen dubl edib. "Fənərbağça"nın yeganə qolunu isə İrfan Can Kahveçi vurub. Bu nəticədən sonra turnir cədvəlində “Qalatasaray” 22 xalla liderliyə yüksəlib, “Fənərbağça” isə 16 xalla 4-cü pilləyə geriləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm