“Real” ulduzunun həyat yoldaşından müəmmalı paylaşım - “Yalnızca həqiqi olanlar anlayacaq”
Bizi izləyin

İdman

“Real” ulduzunun həyat yoldaşından müəmmalı paylaşım - “Yalnızca həqiqi olanlar anlayacaq”

“Real” ulduzunun həyat yoldaşından müəmmalı paylaşım - “Yalnızca həqiqi olanlar anlayacaq”

“Real Madrid”in müdafiəçisi Mark Kukurelyanın həyat yoldaşı Klaudiya Rodrigesin sosial şəbəkədəki paylaşımı diqqət çəkib. O, “Barselona” ilə El-Klasiko qarşılaşmasından sonra həyat yoldaşının özü ilə səfərə apardığı geyim əşyasının fotosunu paylaşaraq üzərinə “Yalnızca həqiqi olanlar anlayacaq” sözlərini yazıb.

Publika.az xəbər verir ki, bu barədə “Goal” nəşrinin Türkiyə versiyası məlumat yayıb.

Kukurelya “Barselona” ilə oyunda Lamin Yamalın qarşısını almaqla diqqət çəkib və “Real Madrid”in 2:1 hesablı qələbəsinə töhfə verib. İspaniyalı müdafiəçinin keçmiş komandasına qarşı uğurlu çıxışı bəzi azarkeşlərin narazılığına səbəb olub. O, topa hər toxunduqda tribunadan fitə basılıb.

Qarşılaşmanı tribunadan izləyən Klaudiya Rodriges isə matçdan sonra həyat yoldaşı ilə görüntülü danışığının fotosunu da paylaşıb. Lakin izləyicilərin diqqətini daha çox Kukurelyanın özü ilə səfərə apardığı geyim əşyası çəkib. Rodriges həmin əşyanı həyat yoldaşı üçün uğur gətirən bir növ talisman kimi təqdim edib.

Klaudiya daha əvvəl açıqlamışdı ki, Kukurelya bəzi məsələlərə pessimist yanaşır. Buna görə də o, səfər oyunları zamanı həyat yoldaşının yanında özünə məxsus geyim əşyasının olmasına çalışır. Həmin geyimdə onun ətrinin qalması isə futbolçunun həyat yoldaşının yaxınlığını hiss etməsinə kömək edir.

Bu, Kukurelyanın belə bir əşyanı özü ilə ilk dəfə aparması deyil. O, Avropa çempionatı və dünya çempionatı zamanı da eyni vərdişə sadiq qalıb. Futbolçu daha əvvəl sosial şəbəkədə bu əşyanın uğurlarının sirri olub-olmadığını soruşmuşdu.

Klaudiyanın son paylaşımında əlavə açıqlama verməməsi isə onun “Yalnızca həqiqi olanlar anlayacaq” sözlərinin nəyə işarə etdiyi ilə bağlı marağı artırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm