“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
Bizi izləyin

İdman

“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı

“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı

“France Football” nəşrinin təsis etdiyi “Qızıl top” mükafatlandırma mərasimində bir sıra nominasiyalar üzrə qaliblər açıqlanıb.

Publika.az xəbər verir ki, İspaniyanın “Barselona” klubunun futbolçusu Lamin Yamal ən yaxşı gənc oyunçuya verilən “Kopa” mükafatını qazanıb. İspaniyalı vinger bu mükafata ardıcıl üçüncü dəfə layiq görülərək tarixə düşüb. O, ötən mövsüm klubunun heyətində keçirdiyi 45 rəsmi oyunda 24 qol vurub və 18 məhsuldar ötürmə edib.

İlin ən yaxşı qapıçısına verilən “Lev Yaşin” mükafatının sahibi İspaniya millisinin və “Atletik Bilbao” klubunun qapıçısı Unay Simon olub. Təcrübəli qolkiperin İspaniya yığmasının 2026-cı il dünya çempionatındakı çıxışı səsvermədə mühüm rol oynayıb.

İlin ən yaxşı baş məşqçisinə verilən “Yohan Kroyff” mükafatına isə İspaniya millisinin çalışdırıcısı Luis de la Fuente layiq görülüb. O, milli komanda ilə dünya çempionatında qazandığı uğura görə rəqiblərini geridə qoyub.

Qadın futbolçular arasında ən yaxşı gənc oyunçuya verilən “Kopa” mükafatını “Barselona”nın üzvü Viki Lopes, ilin ən yaxşı qapıçısına təqdim edilən “Lev Yaşin” mükafatını isə Kata Koll qazanıb. Qadın komandalarının baş məşqçiləri arasında fərqlənən şəxs “Barselona”nın çalışdırıcısı Pere Romeu olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm