İdman
İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
İspaniya La Liqası “Real Madrid” klubunun hücumçusu Kilian Mbappenin onu Mao Tszedunla müqayisə edən memlər barədə dediyi sözlərdən sonra Çinli azarkeşlərdən X sosial şəbəkəsindəki səhifəsi vasitəsilə üzr istəyib.
Publika.az xəbər verir ki, təşkilat futbolçunun açıqlamalarının şəxsi xarakter daşıdığını və çempionatın mövqeyini əks etdirmədiyini bildirib.
Qurumdan qeyd ediblər ki, İspaniya futbolu müxtəlif mədəniyyətlərin nümayəndələri arasında qarşılıqlı hörməti, birgəyaşayışı və birliyi dəstəkləyir. La Liqa həmçinin Çinə, onun dövlət institutlarına və xalqına hörmətini ifadə edib, Çinli azarkeşlərə dəstəklərinə görə təşəkkür edib.
La Liqa vəziyyəti tənzimləmək üçün tərəfdaşları və Çin qurumları ilə birgə çalışdığını açıqlayıb. Bundan əlavə, liqa klublar və futbolçularla birlikdə müxtəlif mədəniyyətlərə hörmətlə yanaşmağa və bu cür insidentlərin qarşısını almağa yönəlmiş maarifləndirmə protokolu tətbiq edəcək.
Bundan əvvəl Mbappe onu “çinli diktator” obrazında təsvir edən memin onu güldürdüyünü və həmin memdən dostları ilə ünsiyyətdə tez-tez istifadə etdiyini bildirib. Bundan sonra Dongpeng içki istehsalçısı da daxil olmaqla, bir neçə Çin şirkəti futbolçu ilə əməkdaşlığı dayandırıb. Çində isə La Liqa matçlarının yayımı dayandırılıb və Mbappenin iştirakı ilə hazırlanan reklamlar yayımdan çıxarılıb.
Hüseyn İbadlı
-
İdman22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH














.png)

.jpg)


.jpg)
















