Dərs aldılar: Çindən Mbappenin üzrünə reaksiya
Bizi izləyin

İdman

Dərs aldılar: Çindən Mbappenin üzrünə reaksiya

Dərs aldılar: Çindən Mbappenin üzrünə reaksiya

Çin Xalq Respublikasının əsas dövlət yayım şirkəti olan “China Media Group”, son beynəlxalq media qalmaqalından sonra “Real Madrid”in hücumçusu Kilian Mbappenin üzr istəməsinə rəsmi cavab verib.

Publika.az xəbər verir ki, bu barədə “Madrid Sports Corporation” sosial media hesabında bildirib:

“Ümid edirik ki, La Liqa rəhbərliyi, “Real” və Kilian Mbappe bu hadisədən dərs aldılar, həqiqətən səmimi üzr istəyəcək və buraxılan səhvləri qətiyyətlə düzəldəcəklər”.

Xatırladaq ki, “Vozpópuli” La Liqanın Çin yayım xidməti “Migu” ilə 2030-cu ilə qədər təxminən 400 milyon avro dəyərində olan uzunmüddətli müqavilənin ləğv olunmaq üzrə olduğunu bildirmişdi.

Kilian Mbappr ən çox sevdiyi memi Mao Tseduna bənzədərək “Çin diktatoru kimi” demişdi ki, bu da böyük qalmaqala səbəb olmuşdu.

Bundan sonra Mbappe üzr istəmək məcburiyyətində qalmışdı.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm