Mərasim Londona köçürüldü, mükafat londonluya verildi - Quti nəyə eyham vurur?
Bizi izləyin

İdman

Mərasim Londona köçürüldü, mükafat londonluya verildi - Quti nəyə eyham vurur?

Mərasim Londona köçürüldü, mükafat londonluya verildi - Quti nəyə eyham vurur?

“Real Madrid”in keçmiş yarımmüdafiəçisi Quti “Qızıl top” mükafatlandırma mərasiminin nəticələri ilə bağlı fikirlərini bildirib.

Publika.az xəbər verir ki, Quti “El Chiringuito” verilişində deyib:

“Nə qədər təsadüfdür – mükafatın 70 illik yubileyinə həsr olunmuş “Qızıl top” mərasimi Londona köçürülür və mükafat londonluya verilir. Nə qədər təsadüfdür, elə deyilmi? İnanılmaz bir təsadüf.

Lamin Yamal və Mbappé daha çoxuna layiq idilər. Keynin adı çəkiləndə onun üzünə baxın. O, “Qızıl top”u qazanacağını təsəvvür edə bilməzdi. O, Lamin və Mbappenin ondan öndə olacağını düşünürdü. “Qızıl top”u qazanıb buna layiq olduğunu düşünəndə belə bir üz ifadəsi əldə etmək mümkün deyil. O, hətta pencəyini necə geyinəcəyini belə bilmirdi”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm