“Qarabağ” 6 min manat cərimələndi
Bizi izləyin

İdman

“Qarabağ” 6 min manat cərimələndi

“Qarabağ” 6 min manat cərimələndi

Azərbaycan Premyer Liqasının IX turunun “Sabah” – “Qarabağ” matçında baş verən qayda pozuntularına görə Ağdam klubu cəzalandırılıb.

Publika.az xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Oyun zamanı “Qarabağ” azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilib. Bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığı üçün “Qarabağ” klubu 6 000 manat cərimə olunub.

Bundan başqa, görüş zamanı “Qarabağ” fanatları stadionda 27 ədəd skamya sındırıblar. Bu səbəbdən stadiona dəymiş zərərin Ağdam təmsilçisi tərəfindən qarşılanması haqqında qərar çıxarılıb.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm