Hakimi təhqir edən “Sabah”ın futbolçuları cəzalandırıldı
Bizi izləyin

İdman

Hakimi təhqir edən “Sabah”ın futbolçuları cəzalandırıldı

Hakimi təhqir edən “Sabah”ın futbolçuları cəzalandırıldı

AFFA İntizam Komitəsi “Sabah” və “Qarabağ” klublarının futbolçularını cəzalandırıb.

Publika.az xəbər verir ki, buna AFFA U-17 Liqasında keçirilmiş “Qarabağ” – “Sabah” oyununda baş verən hadisələr səbəb olub.

“Sabah”ın futbolçuları Kənan Əliyev və Nizami Nəbiyev hakimlərə qarşı hərəkətlərinə görə cəzalandırılıblar. Qarşılaşmanın 21-ci dəqiqəsində hakimi təhqir etdiyi üçün qırmızı vərəqə alan Kənan Əliyev, 90+2-ci dəqiqədə dava etdiyinə görə meydandan qovulan Nizami Nəbiyev oyun başa çatdıqdan sonra hakimlər briqadasına qarşı qeyri-etik ifadələr işlətdiklərinə görə müvafiq olaraq 6 oyunluq cəzalanıblar.

Bundan əlavə, “Sabah” klubu 1000 manat cərimələnib.

“Qarabağ”ın futbolçusu Ayxan İbadov da dava etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. O, növbəti 4 oyuna buraxılmayacaq.

Ağdam təmsilçisinin digər oyunçusu İbrahim Sadiqli isə 90+2-ci dəqiqədə hakimlər briqadasına qarşı qeyri-etik ifadələr işlətdiyinə görə qırmızı vərəqə alaraq meydandan qovulub. O, 5 oyunluq diskvalifikasiya edilib.

Bundan əlavə, AFFA U-17 Liqasında keçirilmiş “İmişli” – “Şamaxı” oyununda qonaq komandanın köməkçi məşqçisi Tərlan İsgəndərov 68-ci dəqiqədə hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alıb. O, bu səbəbdən növbəti 5 oyunda texniki zonada yer ala bilməyəcək.

AFFA Gənclər Liqasında keçirilmiş “İmişli” – “Turan Tovuz” matçında isə qonaq komandanın futbolçusu Uğur Kişiyev 90-cı dəqiqədə oyun bərpasını ləngitdiyinə görə ikinci sarı vərəqə alaraq meydanı tərk edib. O, qırmızı vərəqədən sonra hakimi təhqir etdiyinə görə növbəti 6 oyunda iştirak edə bilməyəcək. “Turan Tovuz” klubu isə 1000 manat cərimə ödəyəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm