İdman
Məşhur futbolçu qatar qəzasından sonra nazirə: “Tvitter”dən ayrıl, iş gör
“Atletiko Madrid”in müdafiəçisi Markos Llorente İspaniyada baş verən qatar qəzasına münasibət bildirib.
Oktyabrın 28-i səhər saatlarında Los Yebenes və Urda bələdiyyələri arasında iki sürətli qatar toqquşub, nəticədə onlardan birinin iki vaqonu relsdən çıxıb. Son məlumatlara görə, qəzada 68 nəfər ölüb, ən azı 179 nəfər yaralanıb. Toqquşan qatarlarda ümumilikdə 544 sərnişin olub.
Publika.az xəbər verir ki, Llorente “İnstaqram”da yazıb:
“Hörmətli Oskar Puente (İspaniyanın Nəqliyyat və İdman Naziri), “Twitter”i söndürüb sizə maaş verdiyimiz işə diqqət yetirməyin vaxtı çatmayıbmı?
İnsan həyatı təhlükədə olduqda, Nəqliyyat Nazirindən ən azı məsuliyyət, ciddilik, təhlükəsizliyə qayğı və hörmət nümayiş etdirməsi gözlənilməlidir.
İşlərini görməkdənsə, 13 yaşlı uşaqlar kimi sosial mediada mübahisələrdə qalib gəlməklə daha çox maraqlanan siyasətçilərdən bezmişik.
“Twitter” sənin işin deyil. Sənin işin ictimai nəqliyyat, təhlükəsizlik və işlər pis gedəndə nəticələrə görə məsuliyyət daşımaqdır. İndiyə qədər bu işdə çox pis olmusan, amma həmişə olduğu kimi, günahı başqalarının üzərinə atacaqsan. Qoy sirk davam etsin”.
Müəllif: Tural
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz














.jpg)


.webp)
.jpg)

.jpg)

















.jpg)