İdman
Depressiyaya düşən məşhur idmançı zəhər içib öldü
Hindistanlı məşhur para-idmançı Nirac Yadav intihar edib.
Publika.az xəbər verir ki, bu barədə “Times of India” qəzeti məlumat yayıb.
Faciə çərşənbə axşamı, 27 oktyabrda 42 yaşlı para-atletin mənzilində baş verib. O, zəhər içərək intihar edib.
Yadavın qohumları və dostlarının sözlərinə görə, onun intiharına səbəb para-atletin 7 noyabr 2023-cü ildə aldığı dörd illik dopinq qadağasından qaynaqlanan uzunmüddətli depressiya olub.
İdmançının orqanizmində qadağan olunmuş stanozolol maddəsi tapılıb. Yadav diskvalifikasiyanı çox sərt qəbul edib, günahsız olduğunu bildirib, apelyasiya şikayəti verib və dopinq nümunəsinin DNT testindən keçirilməsini istəyib.
Yadav F 55 sinfində nizə və disk atıcısı kimi yarışıb və üçqat Asiya Para Oyunları çempionudur.
-
Nida Xəbər 13:30Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 12:27Bu şəxslər hərbi çağırışdan azad ediləcək
-
İdman12:18Dünyanın ən seksual voleybolçusu pərəstişkarlarını bu FOTOLARLA valeh etdi
-
Region11:00Paşinyanın "qızıl nömrə" biznesi: Növbə olacağı gözlənilir
-
Nida Xəbər 10:30Leysan Məmmədov vəzifəsindən azad edildi
-
Ekologiya09:24Günəşdə nəhəng şüa aşkarlandı: Yer üçün təhlükə var?
-
Nida Xəbər 09:00Ombudsman vəzifəsinə bu şəxslərin namizədliyi irəli sürülüb - ADLAR
-
Sağlamlıq08:00Dəri problemlərinin gizli səbəbi aşkarlandı
















_(1).jpg)
















.jpg)
.jpg)
