Oslo merindən hökumətə çağırış: Rusları bu yarışa buraxmayın
Bizi izləyin

İdman

Oslo merindən hökumətə çağırış: Rusları bu yarışa buraxmayın

Oslo merindən hökumətə çağırış: Rusları bu  yarışa buraxmayın

Oslo meri Anne Lindboe hökuməti Rusiya idmançılarının Holmenkollen Nordicdə keçiriləcək xizək üzrə Dünya Kubokunda iştirakının qarşısını almağa çağırıb.

Publika.az xəbər verir ki, Beynəlxalq Xizək Federasiyası (FIS) Rusiya və Belarus idmançılarının neytral status alması ehtimalı ilə bağlı qaydaları yumşaldıb.

“Ukraynalılar hər gün ölkələri, azadlıqları və öz gələcəklərini təyin etmək hüququ uğrunda mübarizə aparırlar. Oslo Dünya Kuboku mərhələlərinə ev sahibliyi edir və Rusiya Ukraynaya qarşı amansız işğal müharibəsini davam etdirərkən, rus idmançılarının Holmenkollendə start xəttində yeri yoxdur.

FIS-in qapılarını rusiyalı idmançılara açması hökumətin də eyni şeyi etməli olduğu anlamına gəlmir”, – mer bildirib.

Lindboe bildirib ki, hökumət bu məsələ ilə bağlı dəqiq qiymətləndirmə aparmalı və aydın mövqe tutmalıdır.

Dünya Kuboku mərhələsi gələn il martın 12-dən 14-dək Holmenkollendə keçiriləcək.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm