“Venger ofsaydı” mənfi rəy aldı
Bizi izləyin

İdman

“Venger ofsaydı” mənfi rəy aldı

“Venger ofsaydı” mənfi rəy aldı

“Arsenal”ın keçmiş baş məşqçisi Arsen Vengerin təklif etdiyi ofsayd qaydalarında dəyişikliklər birdəfəlik tətbiq olunmayacaq.

Publika.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Yenilik Kanada Çempionatında bir neçə ay sınaqdan keçirildi. Lakin Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) iclasında təcrübə mənfi rəy aldı.

Yeni qayda Kanada çempionatının 112 oyununda tətbiq edildi. Ofsaydlar 54% azalıb, amma komandaların müdafiə xətləri qapılarına 3 metr yaxınlaşıb.

Xatırladaq ki, Vengerin təklifində ofsayd yalnız hücumçunun bütün bədəni rəqibin qapısına son müdafiəçidən daha yaxın olduqda nəzərdə tutulmuşdu. Mövcud qaydalara görə, qol vura bilən bədənin hər hansı bir hissəsi (yəni əllər istisna olmaqla hər şey) rəqibin qapısına daha yaxın olduqda ofsayd hesab olunur.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm