Keyn indi də kraldan titul gözləyir
Bizi izləyin

İdman

Keyn indi də kraldan titul gözləyir

Keyn indi də kraldan titul gözləyir

“Bavariya”nın və İngiltərə millisinin ulduz hücumçusu Harri Keyn 2026-cı ildə “Qızıl top”u qazandıqdan sonra cəngavərlik titulunu almaq ehtimalı ilə bağlı açıqlama verib.

Publika.az xəbər verir ki, futbolçunun sözlərini “Sky Sports” sitat gətirib:

“Əlbəttə ki, cəngavərlik titulundan imtina etməzdim. Əgər bu baş verərsə, inanılmaz olardı və mən çox qürur duyardım. Amma özümü çox qabartmaq istəmirəm. “Cənab” xoş səslənərdi, amma hamı məni belə çağırsa, özümü qəribə hiss edərdim. Ona görə də hələlik, gəlin Harri ilə gedək”.

Birləşmiş Krallıqda cəngavərlik titulu monarx tərəfindən dövlətə, cəmiyyətə, mədəniyyətə, elmə və ya idmana göstərdiyi müstəsna xidmətlərə görə verilən fəxri addır. Bu titulu ömürlük verilir, lakin alanın övladlarına miras qalmır.

Britaniya futbolunun əfsanələri arasında bu titula Stenli Mettyus, Bobbi Çarlton, Ceffri Herst, Tom Finni, Kenni Dalqliş, Devid Bekhem, Alf Remzi, Mett Basbi, Aleks Ferqyuson, Bobbi Robson, Trevor Brukinq və Qaret Sautqeyt layiq görülüb.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm