İdman
Messi uşaqlara elə bir jest etdi ki…
Lionel Messi bir daha azarkeşlərinə və gənc nəsil futbolçulara olan sədaqətini nümayiş etdirib.
Publika.az xəbər verir ki, argentinalı superulduz Cənubi Floridada 16 yaşadək komandalar arasında keçirilən beynəlxalq gənclər turniri olan “Messi Kuboku”nda şəxsən iştirak edib.
Yarış futbolçunun istehsal şirkəti olan “525 Rosario” tərəfindən təşkil olunur. Turnir 25 oktyabr – 1 noyabr tarixləri arasında davam edir və əsas məqsədi gənc oyunçulara dünyanın aparıcı klublarının akademiyalarına qarşı bacarıqlarını inkişaf etdirmək və sınamaq imkanı verməkdir.
“Messi Kuboku”nda doqquz ölkədən on altı komanda iştirak edir. Bunlara “Barselona”, “Mançester Siti”, “Çelsi”, “Arsenal”, “Ayaks”, “Benfika”, “İnter Milan”, “Flamenqo”, “Palmeyras”, “Boka Xuniors”, “River Pleyt” və “Nyuells Old Boys” daxildir.
Messinin “Boka Xuniors” və “Kornella” arasında keçirilən oyunu izləməsi xüsusi diqqət çəkib. Final fitindən sonra əfsanəvi futbolçu “Boka”nın bütün oyunçuları və məşqçiləri ilə şəkil çəkdirib.
Hətta təhlükəsizlik xidməti belə Leonu tələsdirməyə çalışıb, amma o, hər kəs şəkil çəkdirənə qədər orada qalıb.
Leonu tələsdirməyə çalışıb, amma o, hər kəs şəkil çəkdirənə qədər orada qalıb.
-
Avropa19:10Yarım milyon insan küçələrə axışa bilər - Fransada etiraz dalğası böyüyür
-
Nida Xəbər 18:40Azərbaycanda daha bir cərimənin məbləği azaldılır
-
Nida Xəbər 16:30Özbəkistan Prezidenti İlham Əliyevə təşəkkür etdi
-
MDB16:10Kiçik Ermənistan üçün çox deyil? - ABŞ səfirliyinin heyəti Moskvanı heyrətləndirib
-
MDB14:52Onlar Zelenskinin istəyini Putinə çatdırdılar: Bu məsələni təkbətək görüşdə həll edək
-
Nida Xəbər 13:30Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 12:27Bu şəxslər hərbi çağırışdan azad ediləcək
-
İdman12:18Dünyanın ən seksual voleybolçusu pərəstişkarlarını bu FOTOLARLA valeh etdi













.jpg)























.jpg)
.jpg)
