Kamaço Mbappe qalmaqalı haqda: Onlar özlərini dünyanın ağası hesab edirlər
Bizi izləyin

İdman

Kamaço Mbappe qalmaqalı haqda: Onlar özlərini dünyanın ağası hesab edirlər

Kamaço Mbappe qalmaqalı haqda: Onlar özlərini dünyanın ağası hesab edirlər

Çin milli komandasının keçmiş baş məşqçisi Xose Antonio Kamaço Kilian Mbappenin Mao Tszedun haqqındakı şərhləri ilə bağlı qalmaqaldan danışıb.

Daha əvvəl Fransa millisinin və “Real Madrid”in hücumçusu bildirmişdi: “Məni ən çox güldürən, məni Çin diktatoru kimi təsvir etdikləri idi. Mən bunu tez-tez dostlarımla istifadə edirəm”.

Bundan sonra bir neçə Çin şirkəti oyunçu ilə əməkdaşlığı dayandırdı və ölkədə La Liqa oyunlarının yayımı dayandırıldı – hücumçunun və Madrid klubunun üzr istəməsi heç nəyi dəyişmədi.

Publika.az xəbər verir ki, Kamaço Çin milli komandası ilə işləyərkən ona qadağan olunmuş mövzuların siyahısı ilə bağlı təlimat verilmədiyini, lakin ölkənin fəlsəfəsini ona izah edən İdman Naziri də daxil olmaqla yüksək vəzifəli dövlət məmurları ilə görüşdüyünü söyləyib:

“Onlar həmişə deyirlər ki, onların qaydalarına, nizamına və etdikləri hər şeyə uyğunlaşmalısan. Onlar hər cəhətdən dünyanın ağası olduqlarını düşünürlər və onlarla işləmək asan deyil”, – ispan deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm